AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatSosialXəbər lentiXəbərlər

İran, Qafqaz və Anadoluda məqtəl və mərsiyyə oxuma beynəlxalq konfransı keçiriləcək

Ərdəbil Əyaləti Ümumi Kitabxanalar İdarəsinin baş direktoru deyib: “İran, Qafqaz və Anadoluda məqtəl və mərsiyyə oxuma üzrə ilk beynəlxalq ilk konfrans İran, Türkiyə və Azərbaycan Respublikası mütəxəssislərinin iştirakı ilə keçiriləcəkdir.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Pərvanə Rizaqulizadə çərşənbə günü “İRNA” müxbirinə verdiyi açıqlamasında deyib: “Şəms Əttar Ərdəbili Ədəbi Dərnəyinin təşəbbüsü ilə baş tutan bu ixtisaslı beynəlxalq konfrans İran vaxtı ilə səhər saat 10:00-da başlayacaq.”

Məqtəl oxumanı şiə məntəqələrinin qədim adət-ənənələrindən olduğunu bildirən baş direktor vurğulayıb: “Ali Məqamlə Rəhbərin tövsiyəsi ilə son illərdə İmam Hüseyn (ə) əzadarlıq mərasimlərində bu qədim adət-ənənənin bərpasına diqqət yetirilib.”

Rizaqulizadə əlavə edib ki, İran, Qafqaz və Anadolu bir sıra mədəniyyət sahələrində olduğu kimi Kərbəla şəhidləri və İmam Hüseyn (ə) məqamının qorunması sahəsində də ortaq mədəniyyətə malikdir. Bu üç məntəqənin məqtəl və mərsiyyə oxuma mövzusunda araşdırma aparılması, elmi və tədqiqi bir addım sayılır, bu üç xalqın daha çox yaxınlaşmasında çox təsirlidir.

Ərdəbil Əyaləti Ümumi Kitabxanalar İdarəsinin baş direktoru daha sonra deyib: “Bu konfrans Ərdəbil Əyaləti Ümumi Kitabxanalar İdarəsinin nəzdində Şəms Əttar Ərdəbili Ədəbi Dərnəyi, Mühəqqiq Ərdəbili Universitetinin nəzdində Azərbaycan Mədəni Tədqiqatlar Mərkəzinin təşəbbüsü və Ərdəbil İncəsənət Dairəsinin iştirakı ilə hazırlanmışdır. Konfransda İran, Azərbaycan və Türkiyədən olan natiqlər sözügedən mövzu ilə əlaqəli tədqiqatları barədə çıxış edəcəklər.

Konfransda hamı iştirak edə bilər. Bunun üçün “online.exir-ac.ir/ch/mahfel” linkinə müraciət etmək və “qonaq” düyməsini basmaq lazımdır.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button