ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran prezidenti Çin sədrinin BƏƏ ilə birgə bəyanatını qınayıb

“Çin Xalq Respublikası sədrinin regiona son səfərindəki bəzi mövqeləri İran dövləti və xalqının narazılığı və qınağına səbəb olub.”
İran prezidenti İbrahim Rəisi bunu Tehranda Çinin baş nazirinin müavinini qəbul edərkən deyib.
O, Çin dövlət başçısı Si Tsinpinin ərəb dövlətlərinə səfəri zamanı İranın nəzarətində olan üç ada ilə bağlı BƏƏ ilə birgə birgə bəyanatını qınayıb.
İbrahim Rəisi bildirib ki, bu mövqelər İran dövləti və xalqının narazılığı və qınağına səbəb olub.
“İranın ciddi tələbi budur ki, açıqlanmış mövqelərə aydınlıq gətirilisin”, deyə Rəisi əlavə edib.
Qeyd edək ki, hazırda Fars Körfəzində İranın nəzarətində olan “Əbu-Musa”, “Tunb əl-Kubra” və “Tunb əl-Suğra” adaları ilə bağlı BƏƏ tərəfindən də ərazi iddiaları var. Çin sədrinin Səudiyyə Ərəbistanına son səfəri zamanı ərəb dövlətləri ilə rəsmi Pekin arasında əldə edilmiş yekun bəyanatda deyilib ki, münaqişəli adaların vəziyyəti ilə bağlı danışıqlar aparılsın. Çin səfirinin Tehranda XİN-ə çağırılmasından sonra, rəsmi Pekin İranın suverenliyi və hakimiyyətinə hörmət etdiyini bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button