ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran prezidenti: Əcnəbilərə meydan vermək təhlükəsizlik yaratmayacaq

İran prezidenti Seyid İbrahim Rəisi dünən Ermənistan müdafiə naziri Suren Papikyan və onu müşayiət edən nümayəndə heyətilə görüşdə İran İslam Respublikasının Qafqaz bölgəsində sülh, sabitlik və təhlükəsizliyin yerləşdirilməsi ilə bağlı ciddi-cəhdinə təkid edib. Bildirib ki: İran İslam Respublikası/ regionun geopolitikası və sərhədlərində heç bir dəyişikliyi qəbul etməməyə dair sabit mövqeyini vurğulamaqla region ölkələri arasında əlaqələrə hakim kəsilən qaydanı/ əcnəbilərin region məsələlərinə qarışmamaları, həmçinin ölkələrin suverenlik və ərazi bütövlüklərinə hörmət hesab edir.
İran İslam Respublikasının Qafqazda sülh və stabilliyin yerləşdirilməsi və gücləndirilməsi istiqamətində atılan hər bir addımı himayə etdiyini bildirən İran prezidenti ümid etdiyini bildiribdir ki, Ermənistan müdafiə nazirinin öz iranlı həmkarı ilə müzakirələri region təhlükəsizliyinin daha da yüksələcəyinə gətirib çıxaracaq.
İran İslam Respublikası ilə Ermənistan arasındakı münasibətləri yaxşı adlandıran doktor Rəisi iki ölkənin müxtəlif sahələrdəki əməkdaşlıqlarını əlaqələrin genişləndirilməsi və regionun təhlükəsizliyinin yüksəldilməsi istiqamətində təsirli və önəmli adlandırıb.
Regionun təhlükəsizliyinin təmini sırf olaraq, həmin regionun ölkələri tərəfindən reallaşa bilər- vurğulayan İran prezidenti əlavə edib: Əcnəbilərə meydan vermək, təhlükəsizlik gətirməyəcək və təhlükəsizlik və asayiş yalnız region ölkələrinin həmkarlıqları ilə təmin ediləcək.
Ermənistan müdafiə naziri Suren Papikyan da İran İslam Respublikasının regionda sülhün qüdrətlə müdafiə edilməsi və ölkələrin suverenliklərinin qorunmasındakı mövqeyinə görə minnətdarlıq ifadə edib. O, Qafqazda sülhün yerləşdirilməsini Ermənistanın iş gündəmində duran ən mühüm məsələ adlandırıb və belə söyləyib: Biz bütün ölkələrin milli suverenlikləri və ərazi bütövlüklərinə qarşılıqlı hörmətlə Qafqazda sülhün qorunmasına sadiqik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button