ArxivXəbər lentiXəbərlər

Seyid Elman Ağayev həbsxananın karantinindən çıxıb

Nardaran işi üzrə üçüncü qrupun tərkibində mühakimə edilən bir qrup dindar 11 saylı CÇM-nə göndərilib

İslamazeri.com-un əldə etdiyi məlumata görə, Nardaran işi üzrə üçüncü qrupun tərkibində mühakimə edilən bir qrup dindar 11 saylı CÇM-nə göndərilib.

Məlumata görə, ilahiyyatçı Seyid Elman Ağayev  və bir neçə dindar artıq 11 saylı CÇM-dəki karantindən çıxarılıb normal həbsxana şəraitinə buraxılıblar, hamısının səhhət və saxlanıldığı şəraitinin normal olduğu bildirilir.

Qeyd edək ki, Məhkəmənin hökmü ilə Nardaran işi üzrə üçüncü qrupa daxil olan –  Zülfüqar Mikayılov 17 il, Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Elman Ağayev 13 il, Eldar Bünyatov 12 il 3 ay, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il, Mübariz İbrahimov 13 il, Ramin Seyfullayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button