ArxivXəbər lentiXəbərlər

İran parlamentinin sədri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

İran parlamentinin sədri Əli Laricani Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Ə.Laricani azərbaycanlı həmkarı Oqtay Əsədova Novruz bayramı münasibəti ilə ünvanladığı təbrik məktubunda xalqımıza inkişaf arzulayıb.

İranlı spiker həmçinin qeyd edib ki, İran region ölkələrinin parlamentləri ilə ikitərəfli əlaqələri möhkəmləndirməyə hazırdır: “Təhlükəsizliyin təminatı və əlaqələrin inkişafı üçün regional əməkdaşlığı alqışlayırıq. Regionda baş verən dəyişikliklər, qarşıda olan problemlər, təhlükələrlə mübarizə qonşu ölkələr arasında konstruktiv əməkdaşlığın aparılması ilə öz həllini tapa bilər. İran hər növ regional əməkdaşlığa, xüsusilə qonşu ölkələrlə hərtərəfli əlaqələrin inkişafına hazırdır”.

Qeyd edək ki, Ə.Larıcani həmçinin ayrı-ayrılıqda Türkmənistan, Əfqanıstan, Pakistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, İraq, Türkiyə və Özbəkistanın parlament sədrlərini Novruz bayramı münasibəti ilə təbrik edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button