ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran Parlamentində Azərbaycan və digər dillərin tədrisi ilə bağlı layihə qəbul edilib

İran Parlamentinin Tədqiqat, texnologiya və təhsil komissiyasında yerli dillərin tədrisi ilə bağlı layihə qəbul edilib.

Qafqaz.ir  SalamNews-a istinadla xəbər verir ki, bunu Təbrizi İran parlamentində təmsil edən deputatlardan biri Əlirza Munadi-Sefidan deyib.

İran Parlamentinin Tədqiqat, texnologiya və təhsil komissiyasının sədri bildirib ki, ölkə konstitusiyasının 15-ci maddəsinə əsasən parlamentin sözügedən komissiyası çərçivəsində yerli xaqlarların dillərinin tədrisi ilə bağlı layihə qəbul edilib.

Layihənin qəbul edilməsi üçün 30 deputat tərəfindən müraciətin olunduğunu deyən Əlirza Munadi-Sefidan belə bir addımın ölkə konstitusiyasıının 15-ci maddəsinə əsaslandığını qeyd edib.

“İran İslam Respublikasının konstituiyasının 15-ci maddəsində fars dili ilə yanaşı ana dilinin tədrisi də vurğulanır. Bu qanunda deyir: İran xalqının müştərək, rəsmi dili və əlifba xətti fars dilidir. Sənədlər rəsmi mətnlər, dərs kitabları bu dildə və bu əlifbada olmalıdır. Lakin yerli dillərdən mətbuatda və mediada istifadə etmək, fars dili ilə yanaşı həmin dillərin ədəbiyyatının məktəblərdə tədrisi sərbəstdir”,

– deyə iranlı deputat əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button