ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran Laçın-Xankəndi yolundakı vəziyyətə münasibət bildirib

“İran İslam Respublikası Azərbaycanla Ermənistan arasında ixtilafların daima dinç şəkildə həllinə təkidlə yanaşıb. 2020-ci ilin noyabr ayının doqquzunda əldə edilən üçtərəfli bəyanatın bəndlərinə tam şəkildə əməl etmək iki ölkə arasında ixtilaflara son qoyacaq. Bölgədə sabitlik və sülhün bərqərar edilməsi üçün qeyri-zəruri gərginliklərdən uzaq durmağa ehtiyac var. Ümidvarıq tərəflər arasında danışıqlarla Laçın dəhlizinin bağlanmasının aradan qaldırılması məsələsi tez bir zamanda həllini tapar.”
Qafqaz.ir xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.
O, bu gün Xankəndi-Laçın yolundakı vəziyyətlə bağlı sualı cavablandırarkən, ölkəsinin Azərbaycan və Ermənistan arasında ixtilafların dinc yolla həllinə təkidlə yanaşdığını bildirib.
Kənani tərəflər arasında danışıqlarla Laçın dəhlizinin bağlanmasının aradan qaldırılması məsələsinin tez bir zamanda həll ediləcəyinə ümidvar olduğunu deyib.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button