ArxivXəbər lentiXəbərlər

İran kəşfiyyatı 5 sünni din xadiminə sui-qəsd təşkil etmək istəyən casusları zərərsizləşdirib

İran İslam Respublikasının kəşfiyyat naziri Mahmud Ələvi ölkədə müxtəlif cinayətlər planlaşdıran onlarla casusu zərərsizləşdirdiklərini açıqlayıb.

Kəşfiyyat xidmətinin casuslara qarşı bölməsinin əməliyyatlarından danışan iranlı nazir zərərsizləşdirilən casusların müxtəlif dövlət qurumlarında işlədiklərini və əsasən ikili vətəndaşlığa sahib olduqlarını açıqlayıb.   N

azir ayın əvvəllərindən bəri güclü əməliyyatların aparıldığını və ölkədə məzhəb münaqişəsi yaratmağa çalışan bir qrup casusun zərərsizləşdirildiyini, onların arasında 5 sünni din xadiminə qarşı sui-qəsd təşkil etmək istəyən şəxslərin də olduğunu diqqətə çatdırıb.

Mahmud Ələvi metro stansiyalarında və universitetlərdə də təşkil edilmək istənilən bir neçə terror aktının qarşısının alındığını sözlərinə əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button