ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran: “İsrail rejimi bizə hücum edərsə, Təl-Əvivi və Hayfanı məhv edəcəyik”

İranın müdafiə naziri Əmir Xatəmi İsrail rejiminin hərbi naziri Benni Qantzın İranın nüvə obyektlərinə zərbə vurmaq planlarını yenilədiklərini açıqlamasından sonra, mümkün hücum olacağı təqdirdə Təl-Əviv və Hayfanı vuracaqları ilə hədələyib.

 İran dövlət televiziyasına görə paytaxt Tehrandakı bir tədbirdə danışan Əmir Xatəmi, Qantzın hücum planları ilə bağlı açıqlamalarına cavab verib.

İranın təhlükəsizliyini və sabitliyini qorumaq üçün lazımlı hərbi gücə sahib olduğunu söyləyən Xatəmi, belə deyib: “Bölgədə heç kim sionist rejimi istəmir və bu səbəbdən də ətraflarına divar çəkmək məcburiyyətində qalıblar. Üstəlik, bəzən əlacsızlıq üzündən İranı təhdid edirlər. Bir səhv etdikləri təqdirdə, Tel-Əviv və Hayfanı yerlə bir edərik”.

Xatırladaq ki, İsrail rejiminin baş qərargah rəisi Aviv Koxavi yanvarın 27-si çıxış edərək orduya İranın nüvə proqramının qarşısını almaq üçün yeni əməliyyat planları hazırlamağı tapşırdığını bildirmişdi.

Hərbi nazir Benni Qantz da, martın 5-i sionist ordusunun İranın nüvə obyektlərinə zərbə vurmaq planlarını yenilədiyini açıqlamışdı.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button