ArxivXəbər lentiXəbərlər

İran İslam Respublikasının xarici işlər naziri Türkiyə, Azərbaycan və Naxçıvan Muxtar Respublikasına səfər edəcək

İran İslam Respublikasının xarici işlər naziri Suriya olaylarının araşdırılması, Astana müzakirələrinin izlənilməsi və Ankarada keçiriləcək Türkiyə, İran və Rusiya prezidentlərinin üçtərəfli iclasında İran prezidentini müşayiət etmək məqsədilə Ankaraya səfər edir.

Qafqaz.ir- İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, XİN sözçüsü Bəhram Qasemi deyib: İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif sabah çərşənbə axşamı Ankaraya səfər edərək, Türkiyə və Rusiya xarici işlər nazirləri ilə Suriya olaylarını müzakirə edəcək.

Qasemi həmçinin deyib: İran İslam Respublikasının xarici işlər naziri cümə axşamı və cümə günləri isə Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin dövrlərarası iclasında iştirak etmək üçün Bakıya səfər edəcək.

Qaseminin dediyinə görə, İranın xarici işlər naziri Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin dövrlərarası iclasında iştirak etdikdən sonra, Naxçıvan Muxtar Respublikası rəsmilərinin dəvəti əsasında Naxçıvana səfər edərək, Muxtar Respublikasının yüksək səviyyəli rəsmiləri ilə görüşüb, danışıqlar aparacaq.

İran İslam Respublikası prezidenti Həsən Ruhani sabah Türkiyə prezidentinin dəvəti ilə İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli iclasında iştirak etmək üçün Ankaraya səfər edəcək. İran prezidenti bu üçtərəfli görüşdə çıxış etməlidir.

İran prezidenti üçtərəfli görüşdə iştirak etməklə yanaşı türkiyəli və rusiyalı həmkarları Rəcəb Təyyib Ərdoğan və Vladimir Putin ilə ayrı-ayrılıqda görüşərək, regional və beynəlxalq əməkdaşlıqlar haqda danışıqlar aparacaq.

Ankara iclası İran, Rusiya və Türkiyə prezidentləri arasındakı üçtərəfli görüşlərin davamı sayılır. Bu üçtərəfli sammit əsasən Suriyada böhranın həlli üzrə koordinasiya xarakteri daşıyır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button