ArxivIslamQarabağXəbər lentiXəbərlər

İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Ermənistanın Azərbaycana qarşı təcavüzü” onlayn konfransında çıxışı

İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri cənab Əbuzər İbrahimi Torkmanın “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” onlayn konfransında çıxışı

Bismillahir rəhmanir rəhim
Qafqaz Müsəlmanları İdarəsinin sədri cənab Allahşükür Paşazadə
İslam Əməkdaşlıq Təşkilatının sədri cənab Yusif Usəymin!
Hörmətli iştirakçılar!
İlk öncə bu onlayn konfransın təşkilinə görə təşkilatçılara öz təşəkkürlərimi bildirir və müvəffəqiyyətlər arzu edirəm. Rəbiül əvvəl ayı hörmətli İslam Peyğəmbərinin (s) anadan olduğu ay münasibətilə təbrik deyirəm. Həmçinin bütün islam şəhidləri xüsusilədə işğal olunmuş torpqların azadlığı uğrunda şəhid olan Azərbaycan şəhidlərinəAllah təaladan böyük rəhmət diləyirəm
Əziz dostlar, alimlər və əziz şəxsiyyətlər!
İslam mətnlərində cəhalət adətən ağılın qarşısında işlənmişdir. Beləki ağıl və düşüncənin olmaması cəhalətə səbəb olur və cəhalət ziyanlı nəticələrə səbəb ola bilər. Cəhalət barədə demək olar ki hətta alimlər də cəhalətə düçar ola bilərlər. Həzrəti Əli ibn Əbu Talib (ə) buyurur: “cəhalətin məhv etdiyi nə çox alim oldu,onların elmləri olduğu halda onlara faydası olmadı”.
Müasir əsrdə dünyada elmin çox inkişaf etməsinə baxmayaraq cəhalət də inkişaf etmişdir və əlbəttə bədəvi cəhaləti modern cəhalətə çevrilmişdir. Yəni bilərkən cəhalət. Dünya cəmiyyətlərində ifratçıların meydana gəlməsi bu cəhalətin nümunəsidir. Bu cəhalət çox acı gələcəyə səbəb ola bilər. Dünyanın Covid 19 kimi müştərək xəstəliyə düçar olduğu zamanda müqəddəs Quranı yandırmaq, əziz İslam Peyğəmbərinin (s) karikaturasının çəkilib yayılması modern cəhalətdən başqa şeydir? Bəşəriyyətin bu gün texnologiya sahəsinə çox inkişaf etdiyi və elm sahələrinin bir birinin ardınca irəli getdiyi bir zamanda bəs niyə cəhaləti aradan qaldıra bilməmişdir? Bunun əsas səbəbi qəflət hər bir millətin əxlaq və mənəviyyatdan geriləməsinə səbəb olmuşdur. Bu qəflət hətta millətlərin ədəbiyyatına da nüfuz etmişdir, bir zamanlar “xudahafiz” deyən millət indi “görüşərik”, alış veriş vaxtı “Allah bərəkət versin” yerinə “alış verişinizə görə təşəkkür edirəm” deyir.
Qəzzali qəfləti xəstəlik bilir və onun fikrinə əsasən qafil bir şəxsi anlatmaq üçün sübuta yox səbəbə ehtiyacımız var. Səbəb yaranmalıdır ki qəfləti aradan qaldıra bilək.
Əziz dostlar!
Bu səbəb mənəviyyat və əxlaqa diqqət etməkdir. Bu gün sosial mediyaya diqqətin artdığı zamanda insanə evində təkcə ailəsindən deyil bəlkə özündən də ayırmışdır və özü barədə düşünməyə çox az imkanı olur. Allah təala buyurur: Sizin özünüz də əlamətlər vardır. Məgər görmürsünüz? (Zəriyat surəsi 21). Modern cəhaləti aradan qaldırmaq üçün modern insanı özü ilə barışdırmalıyıq və mənəviyyat və əxlaqı ona dadızdırmalıyıq. Onlar dadmalıdırlar ki anlasınlar. “Dadmayan dərk etməz”
Fransa ölkəsini görün nə qədər öz keçmişindən uzaq düşmüşdür. Keçmişdə hüquq elmi Fransada öyünürdü, bir çox ölkələr öz qanunlarını Fransa qanunlarından götürürdülər. Hüquq elminin əsası ədalətə və insafa riayət etmək və düşmənçiliyi aradan qaldırmaqdır. Təəssüflər olsun ki bu gün o ölkənin dövlətinin özü nifrət yayır. Bir jurnal tərəfindən edilən pis iş qarşısında ölkənin rəhbəri bir milyard yarım insanın hisslərini təhqirin qarşısını almaqdansa gəlib onu müdafiə edir. Bu modern cəhalət deyilmi?Əgər bu gün islam ölkələri belə bir təhqirdən keçsələr daha sabah başqa təhqirlərin qarşısında dayana bilməyəcəklər, Fransa dövləti özünün bu nalayiq rəftarının cavabını almalıdır.
Hörmətli iştirakçılar!
Bu gün bizim qardaş ölkəmiz Azərbaycan özünün işğal edilmiş ərazilərinin azad edilməsi müharibəsindədir. Özünün ərazi bütövlüyünə həssas olmaq haqqını Azərbaycana verməliyik. Bu yolda çoxlu şəhidlər vermişdir, bunlar olmadan öz hüququna sahib ola bilməzdimi? Əlbəttə ki mümkün idi ancaq dünya öz ciddi himayəsini bu ölkədən əsirgədi. BMT nin dörd qətnaməsi yerdə qaldı. İslam ölkələri birliyinin bir birini müdafiə etməsi zəruridir.
Bu müharibə barədə İran İslam Respublikası müxtəlif münasibətlərdə özünün mövqeyini bəyan etmişdir və başqalarının ərazilərində hər bir işğal ilə müxalifdir və son zamanlarda bu müharibəyə son vermək və daimi sülhə nail olmaq üçün bir neçə bənddən ibarət layihə verilmişdir. Həmçinin İran İslam Respublikasının rəhbəri Həzrəti Ayətullah Xameneyi cənabları 17 Rəbül əvvəl çıxışında bu müharibəni acı hadisə adlandırdı və hamı üçün sülh və təhlükəsizliyə təkid edərək Azərbaycanın öz ərazilərini işğaldan etmək haqqından himayət etdi. Bu himayət həmsiyasi və həm dini himayə idi. İran İslam Respublikası rəhbərinin məntiqli və mətin dəlili islamda qardaşlıq, dərdə şərik olmaq və ədalət yaymaq ruhundan götürülmüşdür və ümid edirik ki, başqa ölkələr də bu barədə öz vəzifələrinə əməl edəcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button