ArxivIslamXəbər lentiXəbərlər

İran İslam Respublikası Böyük İslam İnqilabının nəticəsidir

Tehranın cümə namazı xitabətçisi deyib ki, İran İslam Respublikası Böyük İslam İnqilabının nəticəsidir.
Tehranın cümə namazı xitabətçisi höccətulislam Mohəmməd Cavad Hac Əli Əkbəri 12 fərvərdin-1 aprel, İran İslam Respublikası günü ərəfəsində əlavə edib: İran İslam Respublikası bu quruluşun dahi banisi İmam Xomeyni(r.ə)-in təbiri ilə desək, nə bir kəlmə artıq, nə bir kəlmə əskik olmadan, xalqın “ikinci addım” adlı iş gündəmində, həm də dünya xalqlarının qarşısında durur ki, ilham alsınlar və özlərinin yüksəlişə doğru hərəkətlərini davam etdirə bilsinlər.
Höccətulislam Hac Əli Əkbəri 12 fərvərdini və İran İslam Respublikasının təvəllüdünü əzəmətli və mühüm bir gün adlandırıb və bu günü təbrik edərək, deyib: Düşmənin proqramı, milli iradəyə zərbə vurmaqdır.
Tehranın cümə namazı xitabətçisi həmçinin ilin şüarının İslam İnqilabının Böyük Rəhbəri tərəfindən seçilməsini milli iradəni gücləndirmək üzrə alimanə və ekspertcəsinə üsullardan adlandırıb və belə deyib: Milli iqtisadiyyat “istehsala rövnəq”lə sanksiyaların, xarici impulsların və düşmənlərin ədavətləri qarşısında yaxşı müqavimət göstərə bilər.
Tehranın cümə namazı xitabətçisi vurğulayıb: İlin şüarının seçilməsi ümumi istək və iradələrin cəmidir ki, xalq daha yaxşı günlərə doğru öz iri addımlarını ata bilsin. Buna görə, ilin şüarının təyin edilməsi, istək və iradələrin təmərküzü üçün diskursun və ədəbiyyatın yaradılmasıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button