Arxiv

Dəyərlərimiz əldən gedir

Bakı Hüquq Mərkəzinin “Valideyn hüquqları: məhdudlaşdırma necə olur?” mövzusunda seminar keçirdi.

İlham Əliyev hakimiyyətinin xalqa verdiyi zülmlərin ərşə qalxdığı, ölkənin bütün sərvətlərini talan edib xarici ölkələrdəki banklara, daşınmaz əmlaka və şirkətlərə yatır etdiyi faktlarla bağlı cəmiyyətin daha çox məlumatlı hissəsində, Azərbaycanın Avropaya inteqrasiyası mövzusu müzakirələrin əsasına çevrilmişdi, Ukraynada “Avromaydan” hərəkatından sonra isə Azərbaycanda müzakirə mövzusu olan avrointeqrasiya barədəki bəhslərin aparılması daha böyük vüsət aldı.

Münasibət bildirənlərin əksəriyyəti Avropadakı insan haqlarından, demokratiyadan, seçkilərin azad və şəffaflığından
” danışmağa cəsarəti və bacarığı olan dindar fəalların çoxunu isə əliyev rejimi şərləyərək həbsə atıb. “
danışaraq ümumi yanaşma sərgiləyirlər.

Avrointeqrasiyanın isə bəzi məqamları da var ki, onlar xalqımızın milli və dini dəyərləri ilə təzad təşkil edir, bu barədə isə danışmağa çoxları həvəs göstərmir, bu barədə danışmağa cəsarəti və bacarığı olan dindar fəalların çoxunu isə əliyev rejimi şərləyərək həbsə atıb.

Ötən yazılarımızda Azərbaycanda LGBT alyansı və bu təşkilatın fəalı İsa Şahmarlının intiharına cəmiyyətin münasibətini bildirdik. Hadisə sünii şəkildə gündəmdə saxlanılır, üzdəniraqdan qəhrəman düzəldilir, bilirsiniz onun qəhrəmanlığını necə ifadə edirlər?

Deyirlər ki, İsa Şahmarlı cəsarətli və qəhrəman adam idi ki, özünün qey olmasını bəyan etmişdi, bunu gizlətmirdi. Bu cür təsir verənlərin gənclər tərəfindən, tələbələr tərəfindən
” Bir qey, üzdəniraq, ondan ki, öz ayıbını gizlətsin, hətta ölkəni tərk edib başqa yerlərə köçsün, bunları etmir, həyasızlıq və abırsızlığına sərhəd qoymayıb qey olduğunu bəyan edir “
dəstəklənməsi cəmiyyət üçün faciədir.

Bir qey, üzdəniraq, ondan ki, öz ayıbını gizlətsin, hətta ölkəni tərk edib başqa yerlərə köçsün, bunları etmir, həyasızlıq və abırsızlığına sərhəd qoymayıb qey olduğunu bəyan edir, cəmiyyət qarşısına çıxıb bunu bir həyat tərzi olaraq təbliğ edir. dəyərlərin məhv olunması planı bununla bitmir. Ötən günlərin birində Bakı Hüquq Mərkəzinin “Valideyn hüquqları: məhdudlaşdırma necə olur?” mövzusunda seminar keçirdi. Çıxış edən mərkəz əməkdaşları Avropada valideyn və övladlar arasındakı hüquq münasibətlərini bir model kimi ölkəmizdə tətbiqinə baxış sərgilədirlər. Belə məlum olur ki, cəmiyyətmiziə təqdim olunan Avropa modelində valideynlərin öz övladları üzərində heç bir təsiri ola bilməz, valideyn tərbiyəsi artıq arxaik bir təfəkkür anlayışıdır və heç bir valideyn öz övladına nəyin düz nəyin əyari
” Çıxış edən mərkəz əməkdaşları Avropada valideyn və övladlar arasındakı hüquq münasibətlərini bir model kimi ölkəmizdə tətbiqinə baxış sərgilədirlər. “
olması ilə bağlı təsir edə bilməz.

Söhbət yetkinlik yaşına çatmış övladlardan getmir, zatən yetkinlik yaşına çatmış övladlara artıq Azərbaycan valideynləri sözünü yeridə bilmir, burda söhbət kiçik yaşlı uşaqlardan gedir, guya azyaşlı uşaqlara da valideynlər heç nəyi təlqin edə bilməz və uşaqlar cəmiyyətdəki dəyərlərdən, ətraf mühitdən özləri seçim etməlidir.

Əgər valideynlər öz övladlarına təsir edərlərsə, üstünə qışqırarlarsa, danlayarlarsa, əl qaldırarlarsa o zaman dövlət həmin adamları valideynlik hüququndan məhrum edir, polislər övladlarını bir daha görməmək şərti ilə uşaq sığınacaq mərkəzlərinə aparır.

Avropada bu cür qanun qaydalar haqqında azərbaycanlılar Avropada yaşayan həmyerlilərinin dilində eşidblər. İnternet zamənəsində yaşayırıq və sözsüz ki, Avropada olan normalar haqqında ordakı azərbaycanlıların
” Söhbət yetkinlik yaşına çatmış övladlardan getmir, zatən yetkinlik yaşına çatmış övladlara artıq Azərbaycan valideynləri sözünü yeridə bilmir, burda söhbət kiçik yaşlı uşaqlardan gedir “
burdakı qohumları və ya dostlarına danışması çətin deyil, bundan başqa çevik internet mediası və çox sayda azərbaycanlıların qərbə səfərləri.

Bu gün hələlik Azərbaycanda Avropadakı “uşaq hüquqları” tətbiq olunmayıb, ancaq buna hazırlıq gedir, bir zamanlar bu da tətbiq olunacaq.
Unutmaq olmaz ki, bir zamanlar Azərbaycanda qey olan adam heç ən yaxın və məhrəm olduğu yoldaşına dərdini deməyi ağlına gətirməzdi, 2-3 il əvvəl bir bıçaqla qeyi öldürən adama kimsə gözün üstə qaşın var deməzdi və ya bu hadisəni görənlər belər utandığından susar və bu barədə danışmazdılar, bu gün isə vəziyyətin necə olması barədə siz də məlumatlısınız. Indi də başqa bir LGBT fəalı və üzdəniraq sosial şəbəkədə məlumat yayıb ki, özünü intihar edəcək və mətbuatda bu cür xəbərlərə yer ayırır.

Biz bir daha ona qayıdırıq ki, Azərbaycanda mənəvi dəyərlər hədəfdədir, milli və dini əhkamlarımız məhv edilir və bütün bunlara meydan verən İlham Əliyev hakimiyyəti və ona xidmət edən mətbuatdır.

İslamtimes

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button