Xəbərlər

Ukrayna hadisələri Azərbaycanda da təkrarlanacaq

Eks-spikerdən şok açıqlama: “Azərbaycanda xaosun qarşısını ala biləcək kiçik bir qüvvə də yoxdur ”

Azərbaycanın eks-spikeri Rəsul Quliyev özünün Facebook profilində maraqlı bir status paylaşıb
“Bu gün Ukraynada baş verən hadisələrdən hökumət ibrət dərsi götürüb, deklorativ yox, real islahatlara başlamasa Azərbaycanda baş verə biləcək hadisələr daha dramatik və faciəli olacaq. Ukraynada Azərbaycandan fərqli olaraq seçkilərin hamısı müəyyən pozuntular olsa da, demokratik keçirilib. Prezidentlər rəqiblərindən maksimum 5 faiz çox səs toplamaqla qələbə çalıblar. Hökumət Azərbaycandakı kimi total korrupsiya içərisində deyil. Ona görə də Azərbaycanda qarışıqlıq başlasa bu nəhəng enerjili bir xaosa çevriləcək, kütlə qarşısındakı hamını və hər şeyi süpürüb atacaq. Azərbaycan xalqın nə hökumətə, nə də müxalifətə inanmadığı unikal bir ölkədir. 20 ildir hakimiyyətdə də müxalifətdə də eyni adamlar oturub. Ukraynaya diqqət yetirin. Bu günkü müxalifətin liderləri Kliçko, Yaçenyuk, Tyaqnibok müxalifətin 4-cü nəslinin təmsilçiləridir. Yəni son 5 ildə ortaya çıxmış komandadır. Buna baxmayaraq 2 aya yaxın uzanıb həllini tapa bilməyən qarşıdurma Yanukoviçə nifrəti artırıbsa, müxalifət liderlərinə inamı da sarsıdıb. Artıq müəyyən qüvvələr müxalifət liderlərini yaxına buraxmır. Azərbaycanda xaosun qarşısını ala biləcək kiçik bir qüvvə də yoxdur. Ona görə də hökumət vəziyyətin stabil olmasından qürrələnməməli və reformalara başlamalıdır, axır başı bu qaynayan qazan daşacaq.

Haqqın.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button