ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Azərbaycan İranla əməkdaşlığı bütün sahələrdə genişləndirmək niyyətindədir.

“APA-Economics”in İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Nağı Hüseynov İranın Qərbi Azərbaycan vilayətinin valisinin müavini Əli Cahangiri ilə görüşdə deyib.

Konsul bildirib ki, Azərbaycan hökuməti azad etdiyi ərazilərin yenidən qurulması çərçivəsində nəhəng xarici şirkətlərin cəlb edilməsi üçün vəsait ayırır.

Hazırda Dağlıq Qarabağda müxtəlif avtomobil, dəmir və hava yollarının inşa edildiyini söyləyən N. Hüseynov, bu bölgənin günəş və hidroelektrik enerjisi sahələrində böyük bir potensiala sahib olduğunu qeyd edib.

Əli Cahangiri, öz növbəsində, Qarabağ torpaqlarının yenidən qurulmasının, İran ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün yaxşı bir fürsətolduğunu vurğulayıb. O əlavə edib ki, Qarabağın yenidən qurulmasında iştirak regional əlaqələrin möhkəmləndirilməsində və iqtisadi inkişafda mühüm rol oynayacaq.

“İran şirkətlərinin Qarabağın yenidən qurulmasında aktiv iştirakı iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığını inkişaf etdirmək üçün yaxşı bir fürsətdir”, – deyə Ə. Cahangiri bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button