ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran Azərbaycanın İsraildə səfirlik açmasına münasibət bildirib

“Ölkələrin milli mövzularında və milli qərarlarında müdaxilə etmirik. Amma qonşulara tövsiyəmiz budur ki, bu rejimlə münasibətlərdə lazımi şəkildə diqqətli olsunlar.”
Qafqaz.ir xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında deyib.
Azərbaycanın İsraildə səfirliyini açmasına münasibət bildirən Kənani deyib ki, İran digər ölkələrin milli qərarlarında müdaxilə etmir.
O, eyni zamanda İsraillə münasibətlər qurmaq istəyən qonşu ölkələri bu işdə diqqətli olmağa çağırıb.
“Regionda sabitliyin əleyhinə olan sionist rejimini qeyri-legitim bilirik”, deyə İran XİN sözçüsü əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button