ArxivXəbər lentiXəbərlər

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin qoşulması araşdırılıb

Azərbaycan paytaxtı Bakı şəhərində İran, Rusiya və Azərbaycanın energetika nazirləri müavinlərinin iştirakı ilə keçirilən üçtərəfli iclasda, Şimal-Cənub Enerji Dəhlizinin ayradılması və üç ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi araşdırılıb.

İran İslam Respublikası energetika nazirinin elektrik və enerji məsələləri üzrə müavini Humayun Hairi, Azərbaycan Respublikası energetika nazirinin müavini Natiq Abbasov və Rusiya energetika nazirinin müavini Anatoli Yanovski bir günlük toplantıda üç ölkənin elektrik enerjisi şəbəkələrinin birləşdirilməsini araşdırıblar.

İran İslam Respublikası energetika nazirinin müavini Humayun Hairi bu iclasda Tehranın elektrik şəbəkələrinin Azərbaycan və Rusiya elektrik şəbəkələrinə qoşulması üzrə layhinənin icrasına maraqlı olduğunu bildirib və deyib: Hər üç ölkə elektrik enerjisinin mübadiləsi sahəsində münasib imkanlara malikdirlər.

Azərbaycan Respublikası energetika nazirinin müavini Natiq Abbasov da bu ölkənin İran və Rusiya ilə elektrik enerjisi sektorunda əməkdaşlıq səviyyəsi haqda deyib: Azərbaycan, İran və Rusiya arasında elektrik enerjisinin ixracatı sahəsində mövcud imkanlar şimal-cənub elektrik enerjisi dəhlizinin yaradılması üçün münasib şərait yaradır.

Rusiyanın energetika nazirinin müavini Yanovski də üç ölkənin elektrik enerjisi sahəsindəki əməkdaşlığını çox önəmli adlandırıb və bu sahədə əməkdaşlıqların inkişaf etdirilməsi üçün müəyyən addımların atılmasının vacibliyini vurğulayıb.

İclasın sonunda İran, Azərbaycan və Rusiyanın elektrik enerjisi rəsmiləri tərəfindən yekun protokol imzalanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button