ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“İran ABŞ-a hər an hücum edə bilər” – Amerikalı general

İran ABŞ və onun regiondakı müttəfiqlərinə qarşı hücumları bərpa edə bilər.

 bunu ABŞ Hərbi Hava Qüvvələrinin Əməliyyatlar Komandanı general-mayor Aleksus Qrinkeviç Qətərdəki Əl-Udeyd Hərbi Hava Bazasında Yaxın Şərqdə baş verən hərbi hadisələrlə bağlı açıqlamalar verib.

“Biz davamlı hücuma məruz qalmırıq, lakin davam edən hücum planlarından xəbərdarıq. Bölgədə hər kəs narahatdır” ,-  deyə o bildirib. 

İranın Rusiyaya Ukrayna müharibəsində istifadə olunacaq pilotsuz təyyarələr verəcəyi ilə bağlı iddialarına gəlincə, Qrinkeviç bu hadisəni “narahatedici vəziyyət” adlandırıb.

Qrinkeviç İranın ABŞ və regiondakı müttəfiqlərinə qarşı hücumlarını bərpa edə biləcəyi barədə xəbərdarlıq edib və hücumların baş verəcəyi təqdirdə Yaxın Şərqdə gərginliyin yenidən arta biləcəyini müdafiə edib.

ABŞ general-mayoru Qrinkeviç İranın nüvə proqramını sürətlə inkişaf etdirdiyini iddia edərək, danışıqların dalana dirəndiyini əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button