ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Həbs edilmiş fəala atası ilə görüş verilməyib

Müsavat Partiyasının fəalı, İyulun 20-də quru sərhədlərin açılması tələbilə keçirilən etiraz aksiyası zamanı 30 sutkalığa həbs edilmiş Əziz Məmiyevə təcridxanada atası ilə görüş verilməyib. Bu barədə fəalın atası İltifat Məmiyev bildirib.

O qeyd edib ki, bu gün Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə gedib. Lakin xüsusi karantin rejimi bəhanəsilə oğlu ilə görüşdən imtina ediblər.

İltifat Məmiyev oğlunun taleyindən narahatdır.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Zeyni Hüseynov Turan-a bildirib ki, Binəqədi məntəqəsindəki məhbuslarla görüşmək üçün öncə Daxili İşlər Nazirliyinə müraciət etmək lazımdır.

Müraciətə baxıldıqdan sonra müvafiq qaydada cavab veriləcək.

Hüseynov Məmiyevin saxlanıldıqdan sonra polisdə döyülməsi barədə sosial şəbəkələrdə yayılan məlumatları da təkzib edib.

Əziz Məmiyev iyulun 20-də Nazirlər Kabinetinin binası qarşısında aksiyaya gedərkən saxlanılıb. Həmin gün Səbail Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (polisə tabe olmamaq) 30 sutka həbs edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button