ArxivXəbər lentiXəbərlər

Səud rejiminin Türkiyə Konsulluğunda jurnalisti tikə-tikə doğradılar

Səudiyyə Ərəbistanından olan məşhur jurnalist, qəzet yazarı və həmçinin Ali-Səud siyasətinin tənqidçisi Camal Xaşuqinin cəsədini İstanbulda bir mənzildə tapıblar.

FaktXəbər-in məlumatına görə, bu barədə “Əl-Cəzirə” xəbər yayıb.

Bildirilir ki, Ərəbistan Konsulluğunda öldürüldüyü iddia olunan Camal Xaşuqinin cəsədi tikə-tikə doğranıb. Onu vəhşicəsinə və işkəncə verərək öldürüblər.

Türkiyə polisi onun sonuncu dəfə Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğuna girdiyini və geri qayıtmadığını bildirir.

Məlumatda deyilir ki, türkiyəli Xədicə adlı xanımla evlənmək üçün öncəki arvadından boşanması barədə sənələri almaq üçün konsulluğa gedən Camal Xaşuqi geri qayıtmayıb.

Türkiyə polisi həmçinin bildirir ki, Camal Xaşuqi qəsdən öldürülüb. Onu konsulluğun binasında ölürüblər və cəsədini sonradan çölə çıxarıblar.

Səudiyyə Ərəbistanı bu iddianı rədd edib və cinayətin araşdırılması üçün Türkiyənin razılığı ilə İstanbula istintaq qrupu göndərib.

Qeyd edək ki, Camal Xaşuqi “əl-Vətən” qəzetinin baş redaktoru və həmçinin Ərəbistanın Vaşinqtondakı sabiq səfiri Türki Feysəlin müşaviri vəzifəsində işləyib. Məhəmməd ibn Salman Səudiyyənin vəliəhdi olduqda Ərəbistanı tərk edib və َABŞ-da yaşayıb. ABŞ-da yaşadığı dövrdə Səudiyyənin siyasətlərini, xüsusi ilə də Qətər, Yəmən, Kanada qarşısındakı mövqeyini və həmçinin insan haqları aktivistləri ilə rəftarını sərt tənqid edib.

O, keçən həftənin şənbə günü Ərəbistanın İstanbuldakı konsulluğuna gedib və geri qayıtmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button