ArxivIslamXəbər lentiXəbərlər

“İrəvandan Qarabağa havalanan helekopterlər…” – Onları niyə vurmuruq?

Son vaxtlar erməni hərbi-siyasi liderlərinin İrəvandan Qarabağa helekopter vasitəsi ilə səfər etməsi adi hadisəyə çevrilib.

Maraqlıdır, Azərbaycan onun hava məkanından icazəsiz istifadə edən bu helekopterlərə atəş aça, onları zərərsizləşdirə bilərmi? Əgər bu mümkündürsə,o zaman hava məkanımızda cövlan edən düşmən təyyarələrinə niyə atəş açılmır?

Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Bu, Azərbaycan üçün ciddi təhlükəsizlik mövzusudur. Bir neçə il əvvəl ermənilər öyünürdülərki, artıq Xankəndindəki hava limanını təmir ediblər və bu liman uçuşlara hazırdır. O zaman Azərbaycan bununla bağlı sərt reaksiya ortaya qoydu. Beynəlxalq Aviasiya Mərkəzi ilə əlaqə saxladı. Onlar da etiraf etdilər ki, Qarabağ səması Azərbaycana məxsusdur və burada hər hansı uçuş həyata keçirmək üçün Azərbaycanın icazəsi olmalıdır. Azərbaycanın təzyiqləri bu məsələdə öz rolunu oynadı. Amma illər keçdikcə görürük ki, Xankəndi beynəlxalq hava limanı kimi fəaliyyət göstərməsə də, buradan digər ölkələrə uçuşlar olmasa da, Ermənistanla sıx təmas mövcuddur. Hesab edirəm ki, bu tendensiyanın qarşısını almaq vacibdir.

Doğrudur, erməni hərbi-siyasi rəhbərlərinin uçduğu helekopter və ya təyyarənin vurulması həm müharibəyə rəvac verə, həm də ölkəmizə böyük dövlətlərin təzyiqi ilə üz-üzə qoya bilər. Amma müxtəlif dolayı yollarla biz məsələyə müdaxilə edə, bu yöndə təzyiqi artıra bilərik. Çünki biz bu məqama lqeyd qaldıqca, bu cür uçuşların sayı artacaq. Bizi Xankəndi hava limanının qismən də olsa fəaliyyət göstərməsi fikrinə alışdıracaqlar. Buna isə yol vermək olmaz.

Baxın, Ermənistanın baş naziri də Qarabağa gəlib-gedəndə helekopterdən istifadə edir. Halbuki, əvvəllər onlar buna risk etmir, Qarabağa quru yolu ilə səfər edirdilər. İndi isə helekopterlə gəlib-gedirlər. Biz bu alışqanlığı ortadan qaldırmalıyıq. Bunun üçün müəyən qədər hərbi təzyiqi artırmalı, ara-sıra sərt açıqlamalar verməliyik. Xankəndi hava limanının vurula biləcəyi də zaman-zaman düşmənə xatırladılmalıdır. Bunları eləməsək, bu cür uçuşlar artacaq və separatçı rejimlə İrəvan arasında hava təması genişlənəcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button