ArxivIslamXəbər lentiXəbərlər

Xanım Fatimeyi Zəhra (s.ə) məscidi ətrafında baş verənlər əhali tərəfindən etirazla qarşılanır

İnsanlar məscidin ərazisinin kiçildilməsinə etiraz edirlər.

Bakının  Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən və 50 mindən artıq insanın ibadətgah yeri olan  xanim “Fatimeyi-Zəhra” məscidi ətrafında gedən mübahisə yenidən alovlanıb. Buna səbəb ibadətgaha aid olan  1.3 ha (hektar) ərazinin yarıdan çox hissəsinin  məscidin balansından alınması istiqamətində  müvafiq addımların atılmasıdır.

İslaminSesi xəbər verir ki,  hazırda 130 sot ərazisi olan məscidin həyətyanı sahəsini 25 sota endirmək və ibadətgahı tam olaraq təmir edib əhalinin istifadəsinə vermək üçün müvafiq qurumlar tərəfindən işlər görülür. Əlbbətdə ki, uzun müddətdir tikintisi yarımçıq qalan məscidin təmir olunaraq istifadəyə verilməsi istiqamətində atılan addımlar  təqdirəlayiqdir.  Lakin ibadətgaha aid olan ərazinin yarıdan çox hissəsinin məscidin balansından alınması,  həm Yeni Günəşli sakinlərini, həm də bütövlükdə Azərbaycan xalqını ciddi narahat edir.

 

 Hələ bir neçə gün öncə sözügedən məsələyə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarov məscidin ərazisinin yalnız 25 sotunun saxlanılacağını etiraf etmişdi.  O, Bakı Şəhəri İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyəti nəticəsində 25 sot ərazisi ilə birgə məscidin  yerli bələdiyyə tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin tam istifadəsinə veriləcəyinini açıqlamışdı. Əliheydər Zülfüqarov məscidin QMİ-nin balansına verildikdən sonra təmir ediləcəyini, dini icma yaradılacağını və din xadimi təyin ediləcəyini diqqətə çatdırmışdı. Lakin hər bir halda heç bir hüquqi əsas olmadan və səbəb göstərilmədən ibadətgahın ərazisinin kiçildilməsi etirazla qarşılanır.

 

 Məscid ətrafında yaranan mübahisə təkcə əhalinin deyil, həm də ölkənin ziyalı təbəqəsinin narahatçılığına səbəb olur. Belə ki,  məsələyə münasibət bildirən tanınmış vəkil Cavad Cavadov   məscidin torpaq sahəsinin, onun ayrılmaz hissəsi və mülkiyyəti olduğunu deyib.   Bakı Apellyasiya Məhkəməsinin 29.12.2010-cu il tarixli qətnaməsi ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi mərkəzi massivində yerləşən 1,3 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş məscid kompleksi Qafqaz Müsalmanlan İdarəsinin balansına verildiyini deyən Cavad Cavadov , bu qərarın həm də ölkə rəhbərliyinin mövqeyini əks etdirdiyini dilə gətirib. Belə qanunsuz hərəkətlərin yolverilməz olduğunu bildirib.

 

Xanim “Fatimeyi-Zəhra” məscidinin İmam cüməsi, ilahiyyatçı alim Ramil Bədəlov da problemli məsələyə münasibət bildirib. İlahiyyatçı qeyd edib ki, məscidin  ərazisi haqqında qanuni sənəd var. İbadətgahın təqribən 130 sot ərazisi var. 2010-cu ildə məhkəmənin qərarı ilə 1.3 hektar ərazininməscidin istifadəsinə verilməsi məhkəmə qərarı ilə  təsdiqini tapıb.  

 

 Ümid edirik ki, məscid ətrafında yaranan mübahisə öz müsbət həllini tapacaq və ibadətgahın ərazisi toxunulmaz qalacaq.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button