AktualAktualArxivXəbər lentiXəbərlər

İnqilab Rəhbəri təhlükəsizlik nazirliyinin rəsmiləri ilə görüşdə mühüm bəyanatla çıxış ediblər

İslam İnqilabının Böyük Rəhbəri: İranın Təhlükəsizlik Nazirliyi “Çox önəmli və həssas bir səngər” və “İslam quruluşunun görən və ayıq gözü”dür.

Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı İranın təhlükəsizlik naziri, müavinləri və nazirliyin baş müdirləriilə görüşdə İslam İnqilabının əsasları və istiqamətlərinin bu nazirlikdə dəqiq formada hifz olunmalı olduğuna təkid edərək, deyiblər: Təhlükəsizlik Nazirliyi İran İslam Respublikasının sərt qabığıdır və heç bir vəchlə zədələnməməlidir.

Həzrət Ayətullahülüzma Xamenei Təhlükəsizlik Nazirliyində mənəviyyat və imanın gücləndirilməsinə təkid edərək, deyiblər: Dünya imperializminin İslam İnqilabının qələbə çaldığı zamandan bəri var gücü ilə bütün vasitələrdən istifadə etməsinə baxmayaraq, İslam Quruluşu qarşısında nakam qalmasının səbəbi güclü “iman” idi.

İnqilab Rəhbəri İranın Təhlükəsizlik Nazirliyinin gənc və inqilabçı kadrlara malik olmaq üzrə geniş potensiallarına işarə edərək, deyib: Təhlükəsizlik Nazirliyinin yeni nəsli keçmişdə olduğu kimi inqilabçı olmalı və dəyərlərə önəm verməlidir.

Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Hegemonçuluq quruluşunun başçısı yəni ABŞ ilə fasilənin qorunması İran İslam Respublikasının banisi olan İmam Xomeyninin(r.ə) qəti prinsiplərindən biri idi və bu məsələdə hər hansı bir güzəşt və ya səhlənkarlığa yol vermək olmaz.

İnqilab Rəhbəri sonda deyiblər: Təhlükəsizlik Nazirliyi düşmən üçün baza ola biləcək və düşmənə İslam Quruluşuna zərbə vurmağa imkan verəcək hər bir sahədə iştiraka malik olmalı və həmin sahəni öz fəaliyyət dairəsi hesab etməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button