ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İlkin Rüstəmzadə: “Bugün ABŞ səfirliyində təhqir olundum”

Qafqaz Həqiqətləri xəbər verir ki, Azərbaycanlı fəal İlkin Rüstəmzadə ABŞ səfirliyindən viza almaq üçün müraciət etsə də ona viza verməyiblər.

Bu barədə İlkin özü məlumat verib.
İlkin deyib:
“Bugün ABŞ səfirliyində təhqir olundum. ABŞ konsulu mənə “sən insan haqları fəalısan və türmədə olmusan, buna görə sənə viza verilmir” dedi.

Dedim mən bütün ittihamlar üzrə bəraət almışam Avropa Məhkəməsindən, hökümət mənə təzminat ödəyib.

Dedi bilirik, amma insan haqları fəalısan və ağır cinayətlə uzun müddət həbsdə olmusan.

Soruşdum ki, insan haqları fəalı olmaq cinayətdirmi? Cavab vermədi.

Dedim, siz Amerikanın dünyada elan elədiyi dəyərlərə xəyanət edirsiz, cavab verdi ki, “siz keçmiş həyat yoldaşınızla qısa müddət evli olmusuz, bu da şübhələri artırır”.

ABŞ konsulu mənim bugün qürurumu təhqir etdi. ABŞ səfirinin evinə şam yeməyinə çağırdığı adama dedi ki, sən cinayətkarsan.

Haqqımı bu ölkədə heç kimə yedirtməmişəm, ABŞ konsuluna da yedirtmərəm. Sonadək mübarizə aparacam!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button