ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bəxtiyar Hacıyevə məhkəmə-fonoskopik ekspertizasının nəticələrini açıqlayıblar

Ötən gün Bakı 1 saylı İstintaq Təcridxanasında ictimai fəal Bəxtiyar Hacıyevə məhkəmə-fonoskopik ekspertizasının nəticələri elan edilib.

Qafqaz Həqiqətləri informasiya agentliyi “Turan”a istinadən xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bildirib.

Onun sözlərinə görə, Hacıyev ekspertizanın nəticələrinə dair sənədi imzalamaqdan imtina edib, çünki ümumilikdə özünü günahkar hesab etmir.

Fonoskopik ekspertiza səslərin zərərçəkənə və müttəhimə aid olduğunu müəyyənləşdirmək üçün aparılır.

Digər vəkil, fəalın adaşı və eynisoyadlı Bəxtiyar Hacıyev bildirib ki, müvəkkili uzun sürən aclıqdan sonra sağalır və səhhəti normaldır, baxmayaraq ki, müəyyən psixoloji gərginlik var. Eyni zamanda, ruh yüksəkliyini qoruyur və azad olacağına inanır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button