AktualAktualArxivIslamXəbər lentiXəbərlər

İmam Hüseynin (ə) qiyamının həqiqəti yaxşılığa dəvət və pislikdən çəkindirməni bərpa etmək idi

Ərdəbilin imam cüməsi “Məhərrəm ayının qarşılanması” mərasimində çıxış edərək deyib: “İmam Hüseynin (ə) qiyamının həqiqəti yaxşılığa dəvət və pislikdən çəkindirməni bərpa etmək idi”.
Qafqaz Mədəniyyət Mərkəzi – Ayətullah Seyid Həsən Amili Ərdəbil şəhərinin “Əzəm” məscidində keçirilən “Məhərrəm ayının qarşılanması” mərasimində çıxış edərək deyib: “İslamın əziz Peyğəmbəri (ə), Əhli-Beyt (ə) və dinin böyüklərinin hamısı İmam Hüseynin (ə) şəxsiyyətinin əzəmətini, təfəkküfünü dəqiq tanımış və bu mərifətlə o həzrət üçün əzadarlıq etmişlər”.
Səma əhlinin İmam Hüseyni (ə) yer əhlindən daha daha dərin tanımasını və o həzrət üçün qan ağlamalarını izah edən Ayətullah qeyd edib: “Mütəal Allah İmam Hüseynin (ə) matəmində əzadarlıq edən və göz yaşı axıdan möminlərə bənzərsiz savablar bağışlayır. Bu göz yaşları cəhənnəm odunu söndürəcək. Əhli-Beyt (ə) məktəbinin ardıcılları İmam Hüseynə (ə) sevgi sayəsində ruhi və mənəvi baxımdan paklanırlar”.
Ərdəbilin imam cüməsi çıxışının davamında deyib: “İmam Hüseyn (ə) öz tarixi qiyam və hərəkatını saleh hakimiyyətin rəhbərliyinə görə etdi ki, fasiq hökumətlərin rəhbərlik etməsi üçün heç bir zaman imkan yaranmasın”.
Ayətullah Amili daha sonra deyib: “Bunu da bilməliyik ki, zahiri simvolik mərasimlər, zahiri ədəb və qaydalar xüsusi hədəf və məzmuna yetişmək üçündür. Zahiri ədəb və qaydalar, hadisənin ruhundan və həqiqətindən qəflətdə qalmağa, İmam Hüseynin (ə) təfəkkür və ideyasından uzaq düşməyə səbəb olmamalıdır”.
“Ağlamaq və əzadarlıq əsas məqsəd olmamalıdır. Göz yaşı və əzadarlıq bizi son məqsədə yaxınlaşdırmalıdır”- deyə, Ayətullah vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button