ArxivXəbər lentiXəbərlər

İmam Hüseynin (ə) qiyamında məntiq və elm, mübarizə və izzət, insani duyğular

Rəhbər Xameneinin hüzurunda…

 İmam Hüseynin (ə) qiyamında məntiq və elm, mübarizə və izzət, insani duyğular

 Cənab Rəhbər Ayətullah Xameneinin ruhani və təbliğatçılarla görüşdə (1384) bəyanatından

 Bismillahir-Rəhmanir-Rəhim

…Aşura haqqında deyəcəklərim böyük bir kitabdan bir cümlədir. Aşura sırf tarixi hadisə deyil. Aşura bir mədəniyyət, bir davamlı cərəyandır, İslam ümməti üçün həmişəlik bir nümunədir. Həzrət Əba Əbdillah (ə) bu hərəkatı ilə bütün İslam ümməti üçün xətt təyin etdi. Həmin dövrdə bu hərəkatın tam məntiqi izahı vardı. Bu yol təkcə şəhadətə çatmaq deyildi. Bu hərəkat mürəkkəb, dərin köklərə malik bir hərəkat idi. Onun üç əsas ünsürü vardı: məntiq və düşüncə, mübarizə və izzət, insani duyğular və mərhəmət.

Hərəkatın məntiq və düşüncə ünsürü həzrətin bəyanatında əks olunmuşdu. Hərəkata başlamazdan öncə, Mədinədə olduğu zamandan şəhadətə qədər bu məntiq cümlə-cümlə bəyan edilirdi. Məntiq bundan ibarət idi ki, şərait yarandığı zaman müsəlmanın vəzifəsi addım atmaqdır. Bu addımın ən böyük təhlükəsi odur ki, insan öz həyatını, əzizlərinin həyatını, ailə-övladlarının həyatını ixlas sinisinə qoyaraq döyüş meydanına aparsın, əsarət təhlükəsində qərar versin. Bu vəziyyətlər o qədər təkrarlanıb ki, bizim üçün adiləşib. Hansı ki bu sözlərin hər biri insanı tərpədən sözdür. Demək, belə bir təhlükə olsa da, şərait yaranıbsa, insan addım atmalıdır. Bu zaman dünya insanın qarşısını kəsməməlidir. Məsləhət, mühafizəkarlıq yolu kəsməməlidir. Rahatlıq, yaşamaq istəyi mane olmamalıdır. İnsan hərəkət etməlidir. Hərəkət etməsə onun iman və din sütunu yerində deyil. Peyğəmbər buyuruqlarına uyğun olaraq, din üçün təhlükə yarananda addım atmasanız, söz və əməllə meydana daxil olmasanız, ilahi məntiqə əsasən, həmin zalım qarşısında aciz qalmalısınız. Məntiq budur.

İmam Hüseyn (ə) Məkkə və Mədinədə, Kərbəla yolunun müxtəlif yerlərində öz bəyanatlarında Məhəmmd Hənəfiyyəyə vəsiyyətində vəzifəsini bildirib, onu aydınlaşdırır. İmam Hüseyn (ə) bu qiyamın sonunu görürdü. Düşünməməliyik ki, həzrət hakimiyyətə çatmaq üçün gözünü yumub irəli gedirdi. Bəli, belə bir iqtidara çatmaq istəyi müqəddəsdir. Amma hansısa ziyalı baxışı bizi belə düşünməyə sövq etməməlidir. İmam Hüseyn (ə) öz məqamına uyğun uzaqgörənliklə işin sonunu görürdü. Amma məsələ o qədər ciddi və əhəmiyyətli idi ki, həyatdan keçmək naminə olsa belə meydana çıxmaq lazım idi. Kərbəla  qiyamət gününə qədər insanlar üçün dərs, məktəbdir. Dərs təkcə yazı lövhəsinə yazılıb sonra silinənlər deyil. Bu dərs ilahi rənglə tarixin alnına yazılıb. Nida etdi, cavab aldı…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button