İmam Hüseyn (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən Mühəndislik və Texniki Layihələr Şöbəsi daha bir əyalətdə xəstəxana inşa etdirir.
Məlumata görə, Müsənnə əyalətində inşasına başlanan xəstəxana 2500 kv metr ərazidə 7 mərtəbədən ibarət olacaq.
Burada 150 palata, 5 əməliyyat otağı və 12 digər həkim otağı fəaliyyət göstərəcək.
Qeyd edək ki, bu layihələr böyük mərcə, Ayətullah Əl Üzma Seyid Sistaninin Kərbəladakı nümayəndəsi, Kərbəlanın İmamcüməsi Əbdül Mehdi Əl-Kərbəlayinin nəzarəti və rəhbərliyi altında icra olunur.