ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tofiq Yaqublu B.Hacıyevin müdafiəsi ilə bağlı keçirilən mitinqdə iştirak etdikdən sonra həbs edilib

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ)  koordinasiya mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzasına məruz qalıb. Bu barədə Turan-a onun vəkili Neymət Kərimli məlumat verib.
Məhkəmə Yaqublunu  İnzibati Xətalar Məcəlləsinin “xırda xuliqanlıq” və “polisə tabe olmamaq” maddələri ilə təqsirli bilib.
Lakin Yaqublu ittihamı rədd edib və Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən dinc etiraz aksiyasında iştirak etdiyinə görə təqib olunduğunu bildirib.
Vəkil də  ittihamı əsassız adlandırıb.
Jurnalistlərin çəkdiyi videogörüntülərdə Yaqublunun aksiya yerinə gələn kimi  dərhal saxlanılması əks olunub.
Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) verilən məlumata görə, dekabrın 23-də Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyası ilə bağlı ümumilikdə 58 nəfər saxlanılıb.
Saat 19.00-a qədər saxlanılanların əksəriyyəti sərbəst buraxılıb. Şöbələrdə “Müdafiə xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov da daxil olmaqla 10-15 nəfər qalıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button