AktualAktualArxivXəbər lentiXəbərlər

İmam Hüseynə ağıl öyrədənin biri də artdı

Azərbaycanda müqəddəslərə qarşı ciddi bir hücum başlayıb

yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, Əli Nağıyev Modern.az saytında verdiyi müsahibədə imam huseyn (ə)-a əhanət edib.

Qafqaz Mədəniyyət Mərkəzi-un məlumatına görə,Maraqlı metoddur. Gündə bir Əli Nağıyev çıxır, dini təhqir edir və birdə ondan səs-səmir çıxmır. Mühüm bir hadisə olduqda yenə ayrı bir kukla çıxır meydana. Bu üsul artıq köhnəlib və hamı buna vaqifdir. Dəyişmə zamanı gəlmədimi?

Hər gün yeni “tarixçilər” peyda olur. İndi bunların sırasına Əli Nağıyev və ilahiyyatçı Elşad Miri də qoşulub.Bu millıətin söykəndiyi bütün tarixi şəxsiyyətlərə, müqəddəslərə qarşı ciddi bir hücum başlayıb. Bunu Əli Nağıyevin də, Elşad Mirinin də çıxışlarında hiss etmək olur…Elşad müəllim, Hüseyni (ə) ona görə sevirik ki, düşmən qarşısında əyilmədi, baş əymədi. O, azadlıq simvoludur. Bunu sizlər başa düşməzsiniz!
Yetər ki, həkim olmaq istəyən İbn Sinanın “Şifa” əsərini oxusun və tibb elmlərinin xiridarına dönsün. Yaxud Nizami Gəncəvinin “Xəmsə”sini vərəqləyənə artıq tam məsuliyyətlə filologiya mütəxəssisi deyə bilərik. Əli bəyin nə vaxt və hansı kitabımı, ya dini təmayüllü dərginimi vərəqlədiyini söyləyə bilmərik. Amma səhviniz var, Əli bəy.
Başlıca səhviniz bundadır ki, siz Allahın pak, səhvsiz və nöqsansız bildiyi Peyğəmbərin (s) Əhli-beytindən (ə) olan İmam Hüseyndə (ə) səhv axtarırsız. (Əhzab surəsi, 33-cü ayə). Amma qınamırıq. Ola bilsin ki, Əli bəyin vərəqlədiyi qəzet və ya jurnalda bu barədə yazılmayıb.
İkinci səhv bundadır ki, şərəfli və izzətli Azərbaycan xalqının əqidə və inamına irad tutmaq istəmisiz. Xalqımız İslam Peyğəmbərinə (s) və onun pak Əhli-beytinə (ə) əsrlərdir iman gətirərək bu inam nurunu qəlbində bu gün də yaşatmaqdadır. Xalqımızı məzhəblərə bölməklə də ciddi yanlışlığa yol vermisiniz. Azərbaycanda tarix boyu şiələr və sünnilər qardaş olaraq yaşamışlar. Və bu gün də bu belədir. Sadəcə sonradan peyda olmuş vəhhabilik bu qardaşlıq münasibətini pozmaq, təfriqə salmaq istəmişdi. İstifadə etdikləri metodlardan biri də elə sizin əl atdığınız üsuldur: tarixi köklərimizə daş atmaq, dinimizin böyük ilahi simalarında səhv axtarmaq. Olmaya oxuduğunuz 1-2 dini kitabın müəllifləri də radikal vəhhabilərdi?
Üçüncü səhv xəvariclərə bəslədiyiniz rəğbətdir. Həzrəti Əlinin (ə) xilafəti dövründə onların törətdikləri cinayətlər barədə niyə söz açmırsınız? Xəbəriniz yoxdur yoxsa danışmaq istəmirsiniz? Bu gün bütün bəşəriyyətin üz qarası olan İŞİD-in məhz xəvaricin tör-töküntüsü olmasından da xəbərsizsiniz? Məgər xəvariclər deyildimi Quranın ayələrini oxuya oxuya bu günki “İŞİD” xəvaricləri kimi yüzlərlə müsəlmanın başlarını kəsib namuslarını, var-dövlətlərini özlərinə halal edirdilər?
Din aliminə yaraşan bixəbərlik deyil bu, sözün düzü…
Dördüncü səhviniz. Dahi Füzulinin qəzəlindən sitat gətirmisiniz. Amma əfsuslar olsun ki, böyük Füzulinin İmam Hüseyn (ə) haqqında yazdığı “Hədiqətüs-süəda” əsərindən xəbəriniz yoxdur. Bu da din alimi üçün böyük “minusdur”…
Siz Həzrəti Məhəmməd peyğəmbərin (s) cənnət və cəhənnəmi haqq bildiyini əsas gətirərək cənnət və cəhənnəmə inandığınızı bəyan etmisiniz. Bəs görəsən əziz Peyğəmbərimizin həzrəti Əli (ə) və İmam Hüseyn (ə) barəsində buyurduğu kəlamlardan niyə xəbərsizsiniz? Məgər əziz İslam Peyğəmbərinin (s) buyurduğu “Hüseyni sevən məni sevmiş,məni sevən Allahı sevmişdir”, “Ya Əli sənə nisbətdə insanlar üç dəstəyə bölünərlər: Sənə kin bəsləyib düşmən olanlar, ifrata varıb Səni Allah bilənlər və sənə dost olanlar. Ya Əli birinci və ikinci dəstə zəlalətə uğrayaraq cəhənnəmə sürüklənər, yalnız üçüncü dəstə sənə dost olanlar nicat taparlar” hədislərini oxumamısınız?
Beşinci səhviniz bundan ibarətdir ki, siz islam tarixini Müller kimi qərb yazarların kitablarından oxumusunuz. Görəsən müsəlman alimlərin yazdıqları kitabları tapib oxumaq çox çətin imiş?
Bu səhvlər karvanını hələ uzatmaq da olar. Amma qısaca 1-2 sualla işarə edək. Əlbəttə ki, bəzilərinə. Məsələn, Həzrət Əli (ə) Müaviyyəyə nə vaxt və harda uduzdu? Nə vaxt imam Əli (ə) şiəliyi partiya elan elədi? Olmaya bu partiyanın təsis qurultayında ancaq siz iştirak etmisiz? Bu iddialarınızı hansı qəzetdə, hansı jurnalda, hansı reklam lövhəsində oxumuşunuz?
Və sonda. Əli müəllim, vaxtilə sizinlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyənlər iddia edir ki, siz kollegiya iclaslarında işçilərinizi təhqir etməkdən, alçaltmaqdan, hətta onlara küçə söyüşləri yağdırmaqdan xüsusi həzz alırsızmış. Etiraz edənləri isə dərhal işdən qovursuzmuş. Nə dərəcədə dəqiq olduğunu deyə bilmərik. Hər halda demokratiyadı, bəziləri həqiqətdə səhv axtarır, bəziləri də sabiq nazirdə. Amma belə olubsa sizin indiki çıxışınızın mahiyyətini izah etmək çətin deyil. Görünür nazir kürsüsündən məhrum edildikdən sonra neçə illərdir başqalarını təhqir edə bilmədiyinizdən, indi bu neçə ilin hayıfını imamlardan çıxmaq qərarına gəlmisiz.

Nənəm dindar idi amma mən…
“Nənəmin elədiklərinə fikir verib ondan dini tərbiyə almağa faktiki olaraq vaxtım olmayıb” deyirsiniz. Kaş vaxt tapıb, ondan soruşardınız ki SSR – i zamanı Aşura mərasimləri necə keçirilirdi. İnsanların canı bahasına saxladıqları bu ayin və mərasimləri indi yox etməyə qalxmısız? Biraz gecikmisz elə bil. Elə deyilmi?
Son sözüm.
İmam Hüseyn (ə) buyurur: “Dininiz yoxdursa qeyrətiniz olsun”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button