ArxivXəbər lentiXəbərlər

İmam Əli (ə) adına xeyriyyə fondu nələr edir? !

İmam Əli (ə) adına xeyriyyə fondu Gürcüstanın Marneuli şəhərində yerləşən İmam Əli (ə) adına mərkəzi məscidinin şura üzvləri və bir sıra fəal dindar gənclər tərəfindən 2004-cü ildə yaradılmışdır. 

Fond öz fəaliyyətinə ilk olaraq 40 nəfərdən ibarət üzvü ilə başlamışdır. Sonralar təşəbbüskarların aktiv fəaliyyəti və yerli xalqın dəstəyi ilə fondun üzvlərinin sayı artmağa başlamışdır. Hal hazırda İmam Əli (ə) fondunda 400 nəfərdən artıq iştirakçı var. Fond, yaranma tarixindən bəri müqəddəs İslam dininin təbliği eləcə də bir sıra xeyriyyəçi işlərlə məşğul olmuşdur.

Ümumi baxışda İmam Əli (ə) fondu aşağıdakı işləri görmüşdür:

1. Gürcüstandakı məscidlərin tikilməsinə və təmirinə maddi vəsait köməyi 2. Bölgədə yaşayan, təcili tibbi müayinəyə və əməliyyata ehtiyacı olan imkansız xəstələrə yardım3. bir sıra universitet tələbələrinə maddi dəstək 4. Dini tədbirlərin qeyd olunması 5. dini kitabların, praşuraların və s. nəşri 6. Gürcistanda yaşayan bəzi imkansız ailələrin ilkin ehtiyaclarının ödənilməsi. Fondun xərclərinə qısa bir baxış İmam Əli (ə) adına xeyriyyə fondu 2004-cü ildən bu yana:

1. Məscidlərin tikilməsinə və təmirinə 285765 lari məbləğində pul ayırmışdır. 2. Gürcistanda yaşayan, müalicəsi və əməliyyatı üçün fonda müraciət etmiş xəstələrə 133224 lari civarında yardım göstərmişdir. 3. Gürcistanda yaşayan, yalnız ilkin maddi ehtiyaclarını ödəyə bilməyən bir sıra ailələrin ehtiyaclarinin ödənməsi üçün 222882 ları xərcləmişdir. Hal-hazırda fond 44 ailənin hər aylıq ilkin maddi ehtiyaclarını ödəyir. Nəzərinizə çatdiraq ki, yazıda göstərilən vəsait məbləği fondun fəaliyyətinin əsas hissələrinə aiddir.

Əziz müsəlmanlar, dəyərli xalqımız, İmam Əli (ə) fondunun göstərdiyi fəaliyyət, xeyriyyəçi işlər, başda Allahın, sonra isə sizin verdiyiniz dəstəyin sayəsində baş tutmuşdur. İmam Əli (ə) fondunun uğru sizin uğrunuz, xalqımızın uğrudur. Bütün bu addımlar yalnızca sizin göstərdiyiniz diqqətin nəticəsidir. Əmin ola bilərsiniz ki, verdiyiniz dəstəklə ölkəmizdə bir neçə məscid tikmiş, Allahın dininin təbliği ilə məşğul olmuş və ehtiyaclıların ehtiyaclarını qarşılamısınız.

Biz, Fond adından haminiza dərin təşəkkürlərimizi bildirir və Allahdan ömrünüzə bərəkət diləyirik! Bunu da nəzərinizə çatdıraq ki, fond artıq öz bank hesabını da açdırmışdır. Aşağıda verilmiş bank hesabı İmam Əli (ə) fonduna aiddir və istənilən şəxs istər ölkə daxili, istərsə də ölkə xaricindən həmin hesaba pul köçürə bilər.

 SWIFT: TBCBGE22

 

 GEL: GE80 TB75 4733 6080 1000 01

 EUR: GE70 TB75 4733 6180 1000 03 

 USD: GE27 TB75 4733 6180 1000 01

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button