ArxivXəbər lentiXəbərlər

İlqar Məmmədov Şəkiyə aparılıb

“Respublikaçı Alternativ”(REAL) Partiyasının həbsdə olan sədri İlqar Məmmədov dünən, avqustun 3-də Bakıdan Şəkiyə aparılıb.

Bu barədə REAL Partiyasından bildiriblər.

Avqustun 10-da növbəti təkrar məhkəməsi başlamalı olan siyasətçi, həmin vaxt Şəkidəki penitensiar müəssisədə saxlanmalıdır.

İlqar Məmmədovun məhkəmə prosesi avqustun 10-da saat 11:00-da başlayacaq. Onun işinə Şəki Apellyasiya Məhkəməsində Gündüz Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Bu məhkəmə öncə də İ.Məmmədovun şikayətinə baxıb və onun 7 il azadlıqdan məhrum edilməsi haqda hökmü qüvvədə saxlayıb. Ali Məhkəməyə şikayət də nəticə verməyib – aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilməyib.

Lakin Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 2017-ci ilin noyabrında İ.Məmmədovla bağlı ikinci qərarından sonra Ali Məhkəmənin Plenumu bu il iyunun 29-da onun əsasında REAL Partiyasının sədrinin işinə baxıb. Plenumun qərarıyla İ.Məmmədovun işi yenidən baxılmasından ötrü Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.(azadliq.org)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button