ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İlk Rusiya qatarı İran ərazisinə daxil olub

 İlk Rusiya qatarı Qazaxstan və Türkmənistan ərazisindən keçərək İran ərazisinə daxil olub.

SalamNews İran mətbuatına istinadən xəbər verir ki, iki Rusiya yük qatarı Türkmənistanla sərhəddə yerləşən Sərəxs keçidindən keçərək İrana daxil olub.

İranın Yol və Şəhərsalma naziri Rüstəm Qasiminin sözlərinə görə 39 konteyner yük daşıyan qatarı Fars Körfəzində yerləşən Şəhid Rəcayi limanına yollanacaq.

Daha sonra bu yük gəmi ilə Hindistana yola salınacaq.

Bu ilk dəfədir ki, Rusiya ilə Hindistan və Pakistan arasında yüklər qatar yolu ilə nəql edilir. İran və Rusiya Azərbaycandan keçəcək şimal-cənub dəhlizinin gecikməsi ilə Türkmənistan dəmir yolu xəttindən istifadə edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button