ArxivXəbər lentiXəbərlər

Əcnəbilərdən asılı olan mediya vurnuxur

Elxan İsgəndərovun hara aparıldığı haqda məlumat yoxdur

Taleh Bağırzadənin rəhbəri olduğu “Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü Elxan İsgəndərov saxlanılıb.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, martın 15-nə keçən gecə, saat 2 radələrində yaşadığı evə edilən polis basqını zamanı E.İsgəndərov saxlanılıb və o, naməlum istiqamətə aparılıb.

Yaxınları onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını və digər dindarlar kimi işgəncəyə məruz qalacağını düşünürlər.

DİN Meydan TV-nin məsələ ilə bağlı sorğusunu cavablandırmayıb.

Ekstremist-pantürkist mediya Azərbaycan respublikasında ümumi fikri yayındırmaq əzmindədir./ Pantürkistlər bu ölkədə Türkiyəyə qarşı bir hərəkatın yarandığını etiraf edirlər
“Yeni çağ” kimi həmişə bəzəkli və boş şüarlarla Azərbaycan respublikası xalqının təmiz hissiyyatından sui-istifadə edən ifratçı və asılı informasiya vasitələri Ərdoğanın müşavirinin ədəbsiz sözlərini, Türkiyənin son mövqeyini, elmi və tarixi həqiqətləri nəzərə almadan “kim və hansı dəlilə əsasən antitürk fikrini şişirdir və Azərbaycanı müstəmləkəyə sürükləyir?” adlı bir analizdə social democrat partiyasının sədri Araz Əlizadənin Osmanlı ordusunun 1918-ci ilədəki mənfi rolunu tənqid etməsini və parlament deputatı Arif Rəhimzadənin “Azərbaycan respublikası əhalisinin türk olmadığına” dair sözlərini “Türkiyə və türk kimliyinə” qarşı yeni kampaniya kimi qiymərləndirmişdir. Yeni Çağ yazmışdır: “social şəbəkələrdə Türkiyəyə qarşı mövzuların artması və bu haqda müxtəlif şəxslərin dediyi sözlər diqqəti cəlb etməyə bilməz. Türkiyəyə qarşı dözümsüzlük və Azərbaycan respublikasının qeyri-türk mənşəyinin nümayiş olunması mütəmadi olaraq müşahidə olunur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button