AktualAktualArxivXəbər lentiXəbərlər

İlham Əliyevin Tehrana səfəri ilə eyni zamanda kamikadze terrorçunun Bakıya dəvət olunması təxribatı

İlham Əliyevin Tehrana səfərinin nəticəsi olaraq, hazırda Dünya imperialist güclərinin  qurduğu oyunların bir hissəsinə çevrilmiş rəsmi Bakının İran əleyhinə hərəkətlərinin azalacağı gözlənilsə də, bu ölkənin Kütləvi İnformasiya Agentlikləri ötən həftə iranlı separatçı terrorçuya ev sahibliyi etdiklərini bildiriblər.

 

Londonda yaşayan və əl-Ərəbiyyə qəzetinin farsca bölməsinin baş redaktoru, İran məhkəməsinin həbsinə order verdiyi və təhlükəsizlik qurumlarının təqibində olan  xuzistanlı terrorçu Yusif Əzizi Bəni Torof Bakıda peyda olub. O İŞİD tərəfindən törədilən Tehrandakı terror aktlarını dəstəkləmişdi, İran əleyhinə son çıxışına görə, Trampa təşəkkür etmişdi, izləyicilərini dəvət etmişdi ki, “Ərəb Körfəzi” və “İranın terrorçu xalqı” terminlərini işlətdiyinə görə, “Cənab prezident Tramp, təşəkkür edirəm” ifadəsini ictimai şəbəkələrdə yazsınlar.

Bakı hökumətinin polis mahiyyətli olduğunu nəzərə alaraq qeyri-mümkün görünür ki, bu ölkənin Xarici İşlər Nazirliyi İranın pərdə arxasında Xuzistanda çoxlu terror aktları törədən, neft boru kəmərini partladan bu təxribatçı ünsürə həssaslığını bilməmiş olsun.

Buna görə, soruşmaq lazımdır ki, nə üçün Bakı hökuməti belə bir şəxsə viza verib? İldə Dağlıq Qarabağ Respublikasına səfər edənləri müxtəlif yollarla toplayıb “qara siyahı”ya salan hökumətin İran İslam Respublikası, onun ərazi bütövlüyü və vətəndaşların psixoloji təhlükəsizliyi əleyhinə  gecə-gündüz fəaliyyət göstərən Bəni torofin fəaliyyətləri və mahiyyətindən xəbərsiz olması mümkündürmü?

Bəni Torofin səfəri üçün hazırlanan media örtüyü onun Bakı Yazıçılar Birliyində olmasıdır. Soruşmaq lazımdır ki, bəyəm Bəni Torof yazıçı və ya ziyalıdır ki, belə cəmiyyətə dəvət olunur? Ondan önəmli kitab çap olunubmu və ya yeni üslub təqdim edibmi? Daha önəmlisi onun ehtimal olunan yazılarının rusca və ya azəricə tərcümə olunmasıdır. Bu yazılarla Bakıda kimsənin tanışlığı vardırmı?

Bu hərəkətin zaman cədvəlinə salınması da diqqəti cəlb edir. Bakı Respublikasının Xarici İşlər Nazirliyi və ya başqa qurumlarının rəsmiləri Bəni Torofin Bakıya və İlham Əliyevin Tehrana səfərinin eyni vaxta düşməsinin qarşısını ala və bu səfəri başqa bir vaxta saxlaya bilərdilər.

Şübhəsiz belə hərəkət xoşməramlılığa və qonşuluq prinsiplərinə ziddir və İran tərəfindən cavabsız qalmayacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button