ArxivmədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İlham Əliyev islam inqilabının qələbəsi gününü təbrik edib

Məktubda deyilir: İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi çatdırıram.

İlham Əliyev öz təbrik məktubunda iki ölkə arasındakı qarşılıqlı fəaliyyətlərdən məmnunluq ifadə edib: “Tarixən xalqlarımızı birləşdirən dostluq münasibətləri və ortaq mənəvi dəyərlər Azərbaycan-İran dövlətlərarası əlaqələrinin və əməkdaşlığının inkişafı üçün yaxşı zəmindir. Bu gün iqtisadi-ticari, nəqliyyat və digər sahələrdə ölkələrimizin qarşılıqlı fəaliyyəti məmnunluq doğurur”,- Məktubda deyilir.

Azərbaycan Respublikası prezidenti Azərbaycan ilə İran arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyindən əmin olduğunu bildirib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi də özünün X hesabında etdiyi paylaşımında islam inqilabının qələbə gününü təbrik edib.

İnanırıq ki, Azərbaycan və İran arasında qarşılıqlı hörmətə, anlaşmaya və beynəlxalq hüquqa əsaslanan mehriban qonşuluq münasibətləri regional inkişafa və çiçəklənməyə töhfə verəcək”, – təbrikdə bildirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button