AktualAktualArxivXəbər lentiXəbərlər

İlham Əliyev Azərbaycanın taleyi ilə oynayır

Azərbaycan hərbi münasibətlərdən əlavə, təhlükəsizlik və kəşfiyyat sahələrində də Təl-Əvivlə əlaqələrini genişləndirib. Sionistlərin Mossad və ya hərbi-təhlükəsizlik orqanlarının Qafqazda hansı məqsədlərardınca olması məlum deyil.
Qafqaz Mədəniyyət Mərkəzi – “Fars” İnformasiya Agentliyi region məsələləri üzrə ekspertƏmir Məsrurinin Azərbaycan prezidenti İlham Əliyevin siyasətləri barədə qeydlərini dərc edib:
Bir neçə aydır ki, İlham Əliyev tamamilə İsrailə və regional daşlaşma səmtinə dönmüş və sionistlərin oyununda meydan sahibliyi edə bilmişdir. Sioistlər və Azərbaycan arasında dövlət başçıları səviyyəsində münasibətlərdən iyirmi ilə yaxın bir müddət ötdüyü bir zamanda qondarma İsrail dövlətinin baş naziri Netanyahuözünün yeni siyasi-təhlükəsizlik layihəsini Azərbaycan Respublikasının prezidenti ilə müzakirə etmək və Qafqazın siyasi gələcəyini dəyişmək məqsədilə yüksək çinli təhlükəsizlik rəhbərlərindən ibarət bir heyətlə Bakıya səfər etdi. Netanyahunun layihəsində Bakının Təl-Əvivdən beş milyard dollar dəyərində silah alacağı və sionistlərə qazanc verəcəyi planı da nəzərdə tutulub. İsrail ölkəmizin sərhədlərində öz nüfuzunu gücləndirmək ardıncadır. Ona görə də müxtəlif siyasi-təhlükəsizlik layihələri ilə İran İslam Respublikası ilə qonşu ölkələrin sorağına gedir. Bakının öz dövlət aparatına Təl-Əvivin nüfuz etməsinə və İsrailin Azərbaycanla münasibətlərinin bu səviyyədə yüksəltməsinə nə üçün icazə verdiyi məlum deyil. Bundan öncə Ankara da Təl-Əvivlə səmimi münasibətlər qurmuşdu. Məlum Davos hadisəsi və Ərdoğan-Şimon Peres söz savaşından sonra donmuş əlaqələr yenidən bərpa edildi.
Digər tərəfdən araşdırmalar göstərir ki, Azərbaycan hərbi münasibətlərdən əlavə, təhlükəsizlik və kəşfiyyat sahələrində də Təl-Əvivlə əlaqələrini genişləndirib. Sionistlərin Mossad və ya hərbi-təhlükəsizlik orqanlarının Qafqazda hansı məqsədlər ardınca olması məlum deyil.
İlham Əliyev bilməlidir ki, Təl-Əvivlə münasibətlər qurmaq istiqamətində hərəkət etsə İran və müqavimət mehvərinin müxalifəti, müsəlman xalqların narazılığı və ondan üz döndərməsi ilə üzləşəcək. Qəbul etmək lazımdır ki, qondarma sionist dövləti müsəlmanlar arasında olduqca mənfurdur və onlarla münasibət yaratmaq İslam və İslam təzahürlərinə, hətta ərəb təzahürlərinə bir növ arxa çevirmək hesab olunur. Bu məsələ Bakı üçün qanunilik böhranı yaradır.
Digər tərəfdən İ. Əliyev son aylarda əksəriyyəti şiə olan müsəlmanlara qarşı təzyiqləri gücləndirmişdir və ruhani Sərdar Babayevi həbs etmişdir. Ölkədə şiələrə qarşı repressiyalar artıq Stalin dövrünü xatırladır. Əliyev hökumətinin bu siyasətlərdə məqsədi bilinməsə də repressiyalara görə ölkədə sosial narazılıqlar diqqəti çəkən səviyyədə artmışdır.
Araşdırmalar göstərir ki, Səudiyyə Ərəbistanı Qafqazda öz nüfuzlarını artırmağa çalışırlar. Ona görə də Qafqazdan, xüsusilə də Çeçenistandan yeni terrorçu ünsürlər cəlb etməklə məntəqədə şiənin genişlənməsini qarşısını almağa cəhd edirlər. Azərbaycan Qafqazın ən böyük ölkəsi olduğundan Ərəbistan şiələrin bu ölkədə inkişafının, dini azadlığının qarşısını almaq istiqamətində daha artıq təlaş göstərir. İ. Əliyev başa düşməlidir ki, təkfirçilərin, əsasən də çeçenlərdən ibarət olan təkfirçilərin camiədə genişlənəcəyi surətdə onların ilk məqsədi Azərbaycan olacaqdır. Bu zaman Azərbaycanın İranın köməyinə ehtiyacı olacaq və İran onun köməyinə gələcək. Unutmaq olmaz ki, Suriya və İraqdan sonra İŞİD-in hüzuru üçün senarilərdən biri də Qafqazdır. Elə buna görə də Rusiya qabaqlayıcı müharibəyə qatılmış və çeçen ünsürlərinin Rusiyaya qayıtması ilə mübarizə aparır. Çünki ruslar bilir ki, Suriya və İraqda döyüş görmüş ünsürlərin Çeçenistana qayıtması regionda yeni müharibənin başlanması və Qafqazın yeni böhranla üzləşməsi deməkdir. Bu üzdən İ. Əliyev Azərbaycanın gələcəyi naminə öz siyasətini dəyişməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button