ArxivXəbər lentiXəbərlər

İlahiyyatçı İsa Lənkərani saxlanılıb

İrandan Azərbaycana keçən ilahiyyatçı Astara polisi tərəfindən saxlanılıb və daha sonra Bakıya gətirilib

qafqaz.ir-a daxil olan məlumata görə, Müsəlman Birliyi Hərəkatının üzvü İsa Lənkərani dünən Azərbaycana gələrkən saxlanılıb. İlahiyyatçı barədə hələ ki, rəsmi məlumat verilməyib.

Qohumları onun sərhədi keçərkən saxlanıldığını, öncə Astara RPİ-ə, daha sonra isə Bakıya aparıldığını deyirlər.
Xatırladaq ki, İsa Lənkərani İranın paytaxtı Tehranda təhsil alır. Həmçinin Müsəlman Birliyi Hərəkatının üzvüdür. Çıxışlarında əsasən din və dövlət sərhədini qoruyub, din adı altında terrorçuluğu pisləyib. Lənkəran şəhərində dünyaya gəlib. Ailəlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button