ArxivIslamXəbər lentiXəbərlər

İlahiyyatçı İlqar İbrahimoğlu sərbəst buraxılıb

Bu barədə ilahiyyatçının özü məlumat verib.

İslamazeri.az-ın xəbərinə görə, bu gün ruhani Şeyx Sərdar Hacıhəsənli məhkəmə prosesini izləmək üçün Şirvan rayonuna gedən və orada saxlanılan ilahiyyatçı İlqar İbrahimoğlu sərbəst buraxılıb. Onunlar birgə saxlanılan digər inanclılar da sərbəst buraxılıb. Özünün sosial şəbəkə hesabında canlı yayıma çıxan ilahiyyatçı qeyd edib ki, polis idarəsində onunla normal rəftar edilib və namaz qılmaq üçün şərait yaradılıb. İ.İbrahimoğlu həmçinin bir insanın namaza görə həbsinin qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, bu gün ruhani Şeyx Sərdar Hacıhəsənli Şirvan Apellyasiya Məhkəməsində hakim önünə çıxıb. Onun məhkəməsinə vəkili Cavad Cavadov əvvəlcə buraxılmasa da, sonradan buna imkan yaradılıb. Məhkəmədə iştirak etmək istəyənlər və jurnalistlər ilə polislər arasında gərginlik yaşanıb. DEVAMM sədri Hacı İlqar İbrahimoğlu və bir neçə dindarlar hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.

ıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button