ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İlahiyyatçı Hadi Huseynzadə: “Paklanmaq istəməyənlər pakları ləkələmək istəyir”

“Bağışlayan və Mehriban Allahın adı ilə.

*انما یخشی الله من عباده العلما*

(İnnəmə yəxşəllahə min ibədihil üləma.)

Sözümə Allah kəlamı ilə başlamaqda məqsədim budur ki, bizləri sonsuz qüdrəti ilə yaradan və tərbiyə edib kamala çatdıran, heç bir qüdrətin qarşısında sınmayan Allah bizləri daha yaxşı tanıyır və hansımızın bu kamal yolunu daha yaxşı gedə biləcəyimizi, onun əmrlərinə lazımınca itaət edə və qadağalarından çəkinə biləcəyimizi hamıdan yaxşı O bilir .Bizə elə bunun üçün yuxarıda gətirdiyim ayəni nazil edərək bildirir ki: “Həqiqətən Allahdan ən çox alimlər qorxur”. Yəni, onların paklığı və ilahi qayda qanunlara riayət etməkləri digər insanlara nisbətdə daha çoxdur.

İslam cəmiyyətlərində onların paklığı hesabına cəmiyyət də paklanır. Onların hesabına kişi və qadınlar bir-birinə məhrəm olur, ruhi sağlam övladlar dünyaya göz açır. Onların zəhmətləri hesabına fitnə-fəsad azalır, ölkələrin əmniyyəti bərpa olur, hərc-mərcliklər azalır və s. Nədənsə, yaşadığımız dünyada napak olanlar hər zaman pakları hədəfə alır və olmazın böhtanlar və qarayaxmalarla onların paklığını sual altına aparmağa çalışırlar. Əslində bunu başa düşmək heç də çətin deyil. Cavablar müxtəlif olsa da, nəticə eynidir. Necə deyərlər, toplananların yerini dəyişəndə, cəm dəyişmir. Məncə nəticə budur ki, paklanmaq istəməyənlər öz çirkinliklərini ört-basdır etmək üçün pakları ləkələməyə çalışırlar.

Lakin Allah buyurur: “Allah ona iman gətirənləri müdafiə edəcək”. Əgər qərar olsa ki, biz danışaq və zalımın napaklıqlarını və etdiyi cinayətləri bəyan edək, onda hamı bilər “kim oğrudur, kim doğru”. Lakin bəzi sözlərim bu böhtanları atanlara budur ki, “dininiz yoxdursa, kişiliyiniz olsun”. Hər halda görünən budur ki, kişilikdən nəsibiniz olmayıb!

Bəzən özümə deyirəm ki, bu sozləri deməyə heç ehtiyac yoxdur. Çünki quyuya su tökməklə, quyuda su olmaz. Nakişiyə “kişi ol” deməklə, kişi olmaz. Necə deyərlər, ot kökü üstündə bitər. Görünən budur ki, kökü və soyu yoxdur bəzilərinin.

Digər sözüm isə qəlbi xırda imtahanlarda titrəyən, tez şəkkə və şübhəyə düşənlərə olsun. Ey insan! Şeytan sənə daha yaxındır, sənin onu görmədiyin yerdən o səni görür. Lakin Rəbbin səni sevdiyi üçün öncədən xəbərdar edir və ayıq olmağa çağırır: “Nə üçün onu eşidəndə mömin kişi və qadınlar bir-biriləri barəsində yaxşı gümanda olmadılar və “bu, aşkar bir böhtandır” demədilər”.

“Nə üçün ona dörd şahid gətirmədilər!?”

Şahidin işi İslamda çox mühümdür. Hansısa montajla heç kəsi heç nəyə inandıra bilməzsiz. Dünya artıq çox inkişaf edib, hamı bilir ki, sadə bir telefonla nələr etmək mümkündür, Qaldı ki, mütəşəkkil media mərkəzlərində nələr etmək olmaz ki?! 70 ildir məzlum qanı tökülən Fələstin xalqını bəzən media necə zalım kimi təqdim edir. Tarixi bilməsən, inanmağın gələr. “Ayıq olun, həm də çox!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button