ArxivXəbər lentiXəbərlər

İbrahim Mehdiyev nəyin qurbanı oldu?

“Hacı Cavad”ın məsuliyyətini icra başçısının boynuna qoydular

Bakının Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin işdən çıxarılma səbəbi bəlli olub. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun açıqlamasına görə, icra başçısı Yasamalın “Sovetski” məhəlləsindəki “Hacı Cavad” məscidinin sökülməsinə görə işini itirib.

Ə.Həsənov APA-ya deyib ki, hələ aprel ayında prezident İlham Əliyev “Hacı Cavad” məscidinin sökülməsini dayandırıb, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş verib. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlib ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlət başçısına məruzə olunub. Dövlət başçısı da komissiyanın qənaətinə uyğun olaraq, qərar verib ki, yerli icmanın da rəyi nəzərə alınmaqla, yeni məscid tikilsin və yalnız bundan sonra “Hacı Cavad” məscidi sökülsün.

Ə.Həsənov deyib ki, tapşırığa uyğun olaraq Yasamal rayonu Şərifzadə küçəsində yeni məscidin tikilməsi üçün yer və vəsait ayrılıb, müvafiq tikinti işlərinə başlanıb. Lakin tapşırığın əksinə, yeni məscid tikilməmiş “Hacı Cavad” məscidini söküblər və Ə.Həsənovun sözlərinə görə, bu, “bəzi vəzifəli şəxslərin” özbaşına qəbul etdikləri qərar olub. Ə.Həsənov deyib ki, İ.Əliyev məsələdən xəbərdar olan kimi, bu qərarı verənlərin cəzalandırılmasına göstəriş verib. İ.Mehdiyev də bu işin əsas günhakarı kimi işdən çıxarılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button