ArxivXəbər lentiXəbərlər

Yüzlərlə nardaranlı Ali-Səud rejiminin Yəməndəki cinayətlərini pislədi

Azərbaycan Respublikasında Nardaranın yüzlərlə mömin sakini İmam Hüseyn (ə) meydanında etiraz xarakterli aksiya keçirərək Ali-Səud rejiminin Yəməndəki cinayətlərini pisləyib.

Ötən gün günortadan sonra baş tutan bu aksiyada iştirakçılar “Ali-Səuda ölüm!”, “Amerikaya ölüm!” və “İsrailə ölüm!” şüarlarını səsləndirərək səudiyyəlilərin məzlum və müsəlman Yəməndə Amerika və İsrailin dəstəyi ilə cinayətlər törətmələrini pisləyib və beynəlxalq dairələr və insan haqlarının yalançı iddiaçılarını bu cinayətlərə və məzlum müsəlmanların qırğınına etinasız qalmalarını sərt tənqid ediblər.

Etirazçı nardaranlı möminlər həmçinin səudiyyəlilərin Ərəbistan şiələrinə təzyiqini pisləyib və mübariz ruhani Şeyx Məhəmməd Baqir Nimri dəstəklədiklərini bildiriblər.

Aksiya iştirakçıları dünya müsəlmanlarının məzlum və qeyrətli Yəmən xalqını dəstəkləməsini istəyib və Yəmən məzlumlarını mənəvi və insani cəhətdən dəstəkləməsi və prinsipial mövqeyinə görə İrana təşəkkür ediblər.

Etirazçılar sonda ABŞ və qəsbkar sionist rejimin bayraqlarını yandırıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button