ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan arasında turizm əməkdaşlıqları genişlənir

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və İranın Mədəni İrs, Əlişləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Sultanifər bu gün Xorvatiyanın Rovini şəhərində görüşüb, danışıqlar aparıblar.

APA-nın məlumatına görə, Beynəlxalq Turizm Təşkilatının İcra Şurasının 100-cü iclasının kənarında baş tutan bu görüşdə tərəflər tərəflər mədəniyyət və turizm sahəsində əməkdaşlıqların genişləndirilməsinə hazır olduqlarını bildiriblər.

Əbulfəz Qarayev bu görüşdə Məsud Sultanifərdən istəyib ki, turizm sahəsində əməkdaşlıq sənədinin imzalanması üçün Bakıya səfər etsini.

İranın Mədəni İrs, Əlişləri Sənayesi və Turizm Təşkilatının sədri də bu görüşdə yaxın gələcəkdə İranda Azərbaycan Mədəniyyət Həftəsinin keçirilməsinə hazırlıq elan edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button