ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hicablı qadın Amerika Milli İqtisadi Şurasının rəhbəri seçildi

Müsəlman və hicablı qadın Amerikada yüksək vəzifəyə təyin edildi.
Amerika prezidenti tərəfindən Milli İqtisadi Şurasının rəhbəri və Baydenin köməkçisi vəzifəsinə seçilmiş xanım Samira Fuzeyli ötən həftə Ağ Evdə mətbuat konfransında iştirak edib.
Ağ Evin mətbuat katibi Cen Psakinin iştirakı ilə keçirilən mətbuat konfransı Ağ Evdə hicablı qadının keçirdiyi ilk mətbuat konfransı olub.
Müsəlman qadın bundan qabaq da yüksək postlar tutub, habelə Obama-Bayden hökumətində Ağ Evin Milli İqtisadi Şurasında siyasi məsləhətçi və Maliyyə Nazirliyində baş məsləhətçi kimi fəaliyyət göstərmişdir.
Samira Fuzeyli əslən Kəşmirlidir və ata-anası ilə birlikdə Amerikaya mühacirət etmişdir.
ABŞ Milli İqtisadi Şurası ölkə prezidentininin iqtisadi və diplomatik siyasətlərinin əsas orqanıdır. Bu orqan Ağ Evin siyasətlərinin bir hissəsini təyin edir. Milli İqtisadi Şuranın rəhbəri Amerika prezidentinin köməkçisidir.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button