AktualAktualIslamXəbər lentiXəbərlər

Hicab məhbusları azadlığa çıxdı – Foto

AzadXeber.net-in məlumatına görə, bu gün 4 hicab məhbusu azadlığa çıxır. Məhbuslar saxlandıqları cəzaçəkmə müəssisələrindən səhər saatlarında sərbəst buraxılırlar. Azadlığa çıxan məhbusların adları bunlardır: Bayraməli Vəlişov, Ruhid Abbasov, Xudaverdi Abdullayev və Arif Fətəliyev.
Adları çəkilən məhbuslardan ilk 3 nəfəri Salyan rayonunda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsindən (Xələc), azadlığa buraxılıb. Arif Fətəliyev isə 14 saylı Cəza Çəkmə Müəssisəsindən azadlığa çıxacaq.
Xatırladaq ki, adları çəkilən şəxslər 2012-ci il 5 oktyabr tarixində Təhsil Nazirliyinin qarşısına keçirilən “Hicaba azadlıq” aksiyasında həbs olunmuş və məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button