ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Hakimiyyət Rəsulzadəyə qısqanc münasibət sərgiləməkdə ittiham olunur

Azərbaycan hakimiyyəti Xalq Cümhuriyyətinin banisi olmuş Məhəmməd Əmin Rəsulzadəyə qısqanc münasibət sərgiləməkdə ittiham olunur.

 yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banisi olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Görkəmli dövlət xadimi olan Məhəmməd Əmin Rəsulzadə 138 il əvvəl 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Qeyd edək ki, siyasətlə hələ gənc yaşlarından maraqlanan Məhəmməd Əmin Rəsulzadə ilk siyasi təşkilatı – “Müsəlman gənclik təşkilatını” 1902-ci ildə 18 yaşında qurub. 1917-ci ildə isə “Müsavat” partiyasının Bakıda keçirilən birinci qurultayında sədr seçilib. O, Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biridir. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində sovet qoşunlarının müdaxiləsi ilə süqut edir.

Azərbaycan müxalifəti birmənalı olaraq indiki hakimiyyətin Rəsulzadə irsinə “ögey və qısqanc münasibət göstərməsi” barədə fikirlər səsləndirilir. Bununla əlaqədar deyilir ki, Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevə diqqətin çox olduğu halda Məmməd Əmin Rəsulzadəyə paytaxtın mərkəzində hələ də heykəl qoyulmayıb, bununla yanaşı onun adının Azərbaycanın ilk universitetinin adından çıxarılması, milli valyutanın üzərindən şəklinin götürülməsi də Rəsulzadənin adını “kölgədə qoyma cəhdi” kimi qiymətləndirirlər. Hakimiyyət isə bütövlükdə bütün bu iddiaları rədd edir və deyir ki, Rəsulzadə ilə “müasir Azərbaycan dövlətinin banisi” Heydər Əliyevi müqayisə etmək düzgün deyil.

Maraqlədır ki, bu gün sosial şəbəkələrdə yayılan videoya əsasən, paytaxt Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin portretini çəkən rəssamı polis şəhərin mərkəzindən qovur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button