ArxivXəbər lentiXəbərlər

Hafiz Hacıyev: “Elə dəhşətli şeylər bilirəm ki, onlardan danışsam, ölkə bir-birinə dəyər”

Hafiz Hacıyevdən “bəzi nazirlər üsyan hazırlayır” xəbərdarlığı

MMP sədri: “Elə dəhşətli şeylər bilirəm ki, onlardan danışsam, ölkə bir-birinə dəyər”

MMP sədri Hafiz Hacıyevin son vaxtlar radikallaşdığı, daha kəskin açıqlamalarla çıxış etdiyi müşahidə edilir. Mediaya verdiyi bütün açıqlamalardan “qan damır”. Onunla əlaqə saxlayıb radikallaşmasının səbəbini xəbər aldıq.

Hafiz Hacıyev bildirdi ki, gözünün qarşısında bir dəstə korrupsioner nazir, komitə sədri, onların ətrafı ölkəni, xalqı talamaqda davam edirlər, prezidentə xəyanət edirlər: “Bir dəstə məmur illərdir dövləti, xalqı talamaqla milyardlara sahiblənib. İndi həmin pulları Azərbaycanın iqtisadi çətinliklərinin düzəldilməsinə sərf etmək əvəzinə, ölkədə qarışıqlıq yaranmasına, üsyan hazırlığına, xalqı qəsdən narazı salıb üsyan vəziyyətinə gətirib çıxarmağa sərf edirlər. Mən bütün bunları görə-görə axı susa bilmərəm. Millətimin belə xəyanətkarlardan müdafiəsi üçün həyatımı qurban verməyə hazıram. Bunu mənim radikallaşmağım olaraq qəbul etməyin. Mən sərt mövqeyimi ortaya qoyub korrupsioner, xəyanətkar məmurları, nazirləri, deputatları ifşa edirəmsə, bunu hansısa şəxsi mənafeyim üçün etmirəm. Mən görürəm ki, bir sıra nazirlər, məmurlar özlərinin vəzifə ömürlərini uzatmaq üçün bu birliyi pozmaq, xalqın hədəfindən özlərini çıxarıb hədəfə prezidenti çıxarmaq istəyirlər, susa bilmərəm.
Mən hələ bildiklərimlə bağlı heç də hər şeyi danışmıram. Elə dəhşətli şeylər bilirəm ki, onlardan danışsam, ölkə bir-birinə dəyər, xalq bu azğınlaşmış nazirləri, bir sıra komitə sədrlərini ayağına daş bağlayıb dənizə atar. Sadəcə olaraq, burada da mən xalqımın, dövlətimin dinc yaşamasını, sabitliyin qalmasının vacibliyini nəzərə alıram. Belə demək mümkündürsə, hələ bir az susuram”.

H.Hacıyev məmurlara xəbərdarlıq da etdi: “Ancaq buradan bir daha xəbərdarlıq edirəm, həmin nazirlər, məmurlar, deputatlar xalqa xəyanət istiqamətində apardıqları gizli və aşkar işlərini dayandırsınlar. Bir müddət əvvəl bir deputat xalqı ələ salan sərsəm açıqlamalar verdi. İki gün öncə Astan Şahverdiyev adında ana dilini unudan deputat məcburi köçkünləri, Rusiyada yaşayan 3 milyona yaxın vətəndaşımızı açıq-aşkar təhqir etdi. Onlar bu yolla da xalqda narazılığı artırmaq istəyirlər. Hələ bunlar aşkarda aparılan işlərdir. Özü də bu cür işlərin arxasında vəzifəsini itirəcəyini düşünən nazirlər dayanır. Bilirlər ki, prezidentin başlatdığı islahatlar onların vəzifələrini itirməsinə səbəb ola bilər. Ona görə də bütün gücləri ilə islahatları sabotaj edirlər, islahatların qarşısını almaq istəyirlər. Onlar sanki xalqa, dövlətə meydan oxuyurlar. Birinin villasını çəkib göstərirlər, çıxıb deyir ki, bütün villalar mənimdir. Yəni heç kimi vecinə almadığını nümayiş etdirmiş olur. Bu cür məmurlar özlərini yığışdırsınlar. Mən ölümümü gözümün önünə almışam. Heç birindən də çəkinmirəm. Prezidentimin, xalqımın müdafiəsi yolundayam, cəsarətləri varsa, məni öldürsünlər”./musavat/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button