ArxivXəbər lentiXəbərlər

Hacıbala Abutalıbov rəisi işdən çıxardı

Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev tutduğu vəzifədən azad edilib
İslaminSesi Avtosfer.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün sərəncam verib.

Həsən Abdullayevin işdən çıxarılmasına səbəb kimi onun Bakının bir neçə yerində onlarla qanunsuz parkomat quraşdırması və dayanacaq yaratması göstərilir.

Qeyd edək ki, uzun müddətdir Dövlət Yol Polisi İdarəsi və “Azəravtoyol” ASC bir neçə parkomatın lazımsız yerlərdə quraşdırılması barədə məsələ qaldırıb.

Hətta DYP və “Azəravtoyol” ASC Bakıda onlarla parkomatın yığışdırılmasına və parkinqin ləğv edilməsinə nail olub. Bununla bağlı şikayətlərin sayı artdığı üçün Hacıbala Abutalıbov XTAİ-nin rəisi Həsən Abdullayevi işdən kənarlaşdırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button