ArxivIslamXəbər lentiXəbərlər

Hacı Şahin İmam Rzanın (ə) mövlud günü haqda: Məşhəd ziyarətində olanlar bilir…

Hicri-qəməri təqvimi ilə bu gün zilqədə ayının 11-i, müsəlmanların səkkizinci imamı Həzrət Əbul-Həsən Əli ibn Musa Rzanın (ə) mövlud günüdür.

“Məşədi Dadaş” məscidinin axundu, ilahiyyatçı alim Hacı Şahin Həsənli SalamNews-a açıqlamasında bu günün əhəmiyyətindən danışıb.

İlahiyyatçı bildirib ki, İmam Rza (ə) Abbasi xəlifəsi Məmunun əmri ilə Mədinədən Xorasana sürgün edilib, orada bir neçə il yaşadıqdan sonra xəlifə tərəfindən zəhərlənib və şəhid olub. Əhli-beyt imamlarının bir neçəsi vətəndən – Mədinədən uzaqda yaşamağa məcbur olub və orada şəhid olaraq dəfn ediliblər. Bu mənada imamların bir neçəsi qərib sayıla bilər. Lakin Mədinə şəhərindən məsafə baxımından ən uzaqda dəfn edilən İmam Rza (ə) olub. Həmçinin digər imamlar sürgün edilərkən ailə üzvlərini, övladlarını də özləri ilə aparmağa imkan tapdıqları halda, İmam Rzanın (ə) belə bir imkanı olmayıb. O, qərib bir şəhərdə ailə üzvlərindən, övladlarından uzaqda dünyadan köçüb. Buna görə də o həzrətə “qərib əl-qürəba”, yəni “qəriblərin qəribi” deyirlər.

İlahiyyatçının sözlərinə görə, alimlər İmam Rza (ə) ziyarətini çox tövsiyyə ediblər: “Məşhəd ziyarətində olanlar bilir. İmamın hərəmində qəribə bir rəhmət var. Hərəmə daxil olanda, elə bil, kimsə başına bir sığal çəkir. İmam Rza (ə) mərhəməti hərəmin divarlarından insanın üzünə yağır. İmam özü buyurub ki, kim məni bir dəfə ziyarət etsə, mən onun çətin bir anında başının üstünə gələrəm”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button