ArxivXəbər lentiXəbərlər

“Əhalinin real gəlirləri azalib”

Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin gəlirləri 2016-cı ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artaraq 21493,9 milyon manata çatıb.

 , iqtisadçı Samir Əliyev buna münasibət bildirib.

Onun sözlərinə görə, statistikaya rəğmən bu dövrdə inflyasiya səviyyəsinin yüksək olması (10,5%) əhalinin gəlirlərini üstələyib: “Bununla da əhalinin real gəlirləri son bir il ərzində 2,1% azalıb”.

Ekspert bildirib ki, gəlirlərin azalması yığım səviyyəsinə də təsir göstərib: “Belə ki, 2015-ci ilin ilk yarısında gəlirlərin 14%-i yığıma yönəldilirdisə, bu ilin müvafiq dövründə bu göstərici azalaraq 9,8%-ə düşüb”.

“Qiymətlərin bahalaşması da öz növbəsində istehlak xərclərinin payını artırıb. Gəlirlərdə son istehlak xərclərinin payı 74,2 faizdən 78.2%-ə yüksəlib”, – deyə Samir Əliyev sözlərini yekunlaşdırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button